Главная > tehsil > Məktəblərdə iki gün dərslərin dayandırılması qış tətilinin müddətinə təsir edəcəkmi?

Məktəblərdə iki gün dərslərin dayandırılması qış tətilinin müddətinə təsir edəcəkmi?


18-01-2019, 19:38. Разместил: djbaz
Təhsil Nazirliyi hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17 və 18-də təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılmasının şagirdlərin qış tətilinin müddətinə təsir edib-etməyəcəyini açıqlayıb.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, yanvarın 17-18-də məktəblərdə tədrisin dayandırılması şagirdlərin yanvarın sonunda olacaq qış tətilinin müddətinin azaldılmasına səbəb olmayacaq:

"Qış tətili yanvarın 27-31-də olacaq. Şagirdlər yanvarın 17-18-də dərsə gəlmədiklərindən onların tətil günlərinin sayı azaldılmayacaq. Tətil günləri nəzərdə tutulduğu qədər olacaq".

Qeyd edək ki, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17-18-də respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb. Bununla bağlı bütün tədbirlər təxirə salınıb.

2018-2019-cu tədris ili üzrə 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq.
Вернуться назад