» » Son 25 ildə ali məktəblərə qəbul planı 2,47, abituriyent ərizələrinin sayı 2,22 dəfə artıb

Son 25 ildə ali məktəblərə qəbul planı 2,47, abituriyent ərizələrinin sayı 2,22 dəfə artıb

Azərbaycanda 1992-2016-cı illərdə ən yüksək müsabiqə vəziyyəti 2008-ci ildə, ən aşağı müsabiqə vəziyyəti isə 2002-ci ildə qeydə alınıb.

Verilən xəbərə görə, “Abituriyent” jurnalının 12 sayında qeyd olunub ki, plan yerləri və abituriyentlərin ərizələrinin dinamikasının müqayisəli təhlilə əsasən, 1992-2016-cı illərdə ali məktəblərə qəbul planı 2,47 dəfə, abituriyent ərizələrinin sayı isə 2,22 dəfə artıb.

Ali təhsil müəssisələri üçün ən çox plan yerləri 2016-cı ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən çox 2008-ci ildə, ən az isə 1992-ci ildə olub. Ötən illərdə ən aşağı müsabiqə vəziyyəti 2002-ci ildə baş verib. Həmin il məktəb məzunlarının sayı 2 dəfəyədək azaldığı halda, plan yerləri, demək olar ki, əvvəlki ilin səviyyəsində saxlanılıb. Nəticədə müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərib, ixtisaslar üzrə keçid balları xeyli aşağı düşüb.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031