» » GƏNC MÜƏLLİMİN ÖMÜR YOLU

GƏNC MÜƏLLİMİN ÖMÜR YOLU

GƏNC MÜƏLLİMİN  ÖMÜR YOLU Müəllim ömründən ötən hər il, hər gün elm, sənət işığıyla, maarifçiliklə nurlanır. Nəsillərin qan yaddaşında qalır və itmir. Həmişə qocaman müəllimlərimlə rastlaşanda belə düşünürəm.
Elşən Ağayev Mirilham oğlu sənətinə ürəkdən bağlı olan və heç zaman ondan usanmayan cəfakeş insandır.
Dahi şairimiz Nizami yazırdı:
Bəxtiyarsan, əgər çəkdiyin zəhmət,
Cahan süfrəsində açsa bir çiçək.
Bax, bu şerdə deyildiyi kimi Elşən müəllimin də zəhməti həyatda çiçək açır, gənc pedaqoq olmağına baxmayaraq bilik və bacarığının nəticəsidir ki, artıq ona böyük etimad göstərilərək müxtəlif vəzifələri icra olunması tapşırılır. İndisə oxucularımla Elşən Ağazadəni tanış edək.
Elşən Mirilham oğlu Ağazadə 11 iyun 1990-cı ildə Biləsuvar rayonunda ziyalı bir ailədə anadan olmuşdur. 1996-cı ildə Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 saylı orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2007-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 2008-ci ildə ali məktəbə - Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının Filologiya fakültəsinə daxil olmuşdur. 2009-cu ildə “Gumru” poliqrafiya mərkəzində komputer kursları keçmiş və həmin kursu fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi tərəfindən həyata keçirilmiş Tələbə Elmi Cəmiyyətinin sədrləri arasında “Azərbaycan türkcəsinin təşəkkülü” elmi məqaləsi ilə 1-ci yerə layiq görülmüşdür. 2012-ci ildə ali təhsil ocağını Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il oktyabr ayında Biləsuvar rayon Təzəkənd kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə müəllim vəzifəsində çalışmışdır. 2013-cü il oktyabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəhbərliyi altında “Mədəd” kursları tərəfindən təşkil olunmuş kurikulum kurslarında iştirak etmiş, həmin kursu 1-ci dərəcə ilə bitirmişdir. 2014-cü ilin iyul ayında könüllü olaraq hərbi xidmətə yola düşmüşdür. 2015-ci ilin iyul ayında hərbi xidməti başa vurmuşdur. 2015-ci ilin sentyabr ayında əvvəlki iş yeri olan Biləsuvar rayon Təzəkənd kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə davam etmişdir. 2015-ci ilin noyabr ayından etibarən işində əldə etdiyi uğurlara görə Biləsuvar Rayon Təhsil Şöbəsində metodist vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Rayon Təhsil Şöbəsində metodist vəzifəsində çalışır. 2016-cı ilin aprel ayında təşkil olunmuş Rayon Təhsil Şöbələrinin saytlarının yaradılması və idarə edilməsi kursunda uğurla iştirak etmişdir. Hazırda bilasuvar.edu.gov.az saytının idarəçisi və Rayon Təhsil Şöbəsinin mətbuat katibi vəzifələrini də həyata keçirir. 2016-cı il iyun ayından, 2016-cı ilin oktyabrın 1-nə kimi məktəbdə direktor vəzifəsi vakant olduğu üçün Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbində müvəqqəti olaraq direktorun vəzifələrini icra edir. Ömür bioqrafiyasını vərəqlədikcə təhsil sahəsində bir neçə il işləməsinə baxmayaraq, mənalı həyat yolu keçdiyini açıq- aydın görürsən.
Bəli, həqiqət belədir. Bəs, təcrübəli pedaqoq hansı pedaqoji üsullardan bəhrələnir. Hansı göstəricilər əldə edir? Bu sualla Elşən müəllimə üz tutduq. Özünütərifi xoşlamır, son dərəcə təvəzökarcasına cavab verir: “ Əslində mən öz vəzifəmi yerimə yetirirəm. Nə deyim ki... Madam ki, mütləq nəsə yazmaq istəyirsiniz, deyə bilərəm. Bir neçə sinifdə dərs aparıram. Hamısı çalışqandır. Mən bir qayda olaraq uşaqların psixologiyasını, fərdi xüsusiyyətlərini müntəzəm olaraq araşdırır, təhlil edirəm. İstedadları vaxtında müəyyən edirəm. Onlara diqqət və qayğımı artırıram”.
Sözün doğrusu,Elşən müəllimin mülahizələrindəki məntiqlə mən də razılaşıram. Çünki o,gənc olmasına baxayaraq şagirdlərinin sistemli bilik əldə etməsindən ötrü rəngarəng formalardan istifadə edib. Müəllim- şagird pedaqoji əməkdaşlığının ən yaxşı nümunəsi onun dərs üsulundə aydın görünür:-Uşaqlarda sərbəstlik, müstəqillik vərdişləri aşılamaq lazımdır, - deyə söhbətə yekun vurdu.
...Növbəti dərs başlanırdı. Onu mehribanlıqla dövrəyə alan uşaqların xoş sədası ətrafı bürüdükcə biz də fərəhləndik...
Almaz İlahə Əhmədova
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930