dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda təhsil haqqında dövlət sənədləri elektron qaydada veriləcək

Azərbaycanda təhsil haqqında dövlət sənədləri elektron qaydada veriləcək

Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi veriləcək.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin Elm və Təhsil komitəsində müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, eyni zamanda, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında arayış veriləcək.

"Təhsil haqqında” qanunda edilən dəyişiklik terminlərin (təhsil haqqında dövlət sənədi) dəqiqləşdirilməsi, habelə təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur. Bu məqsədlə təhsil haqqında dövlət sənədlərinin “Təhsil Mərkəzlşdirilmiş İnformasiya Sistemi” üzərindən formalaşdırılması təklif olunur.

Oxunub: 810
Oxşar xəbərlər
SON XƏBƏRLƏR