dini radikalizm və ekstremizmlə mübarizə

İnternet yoxdursa, bu şagirdlər niyə “qaib” alır?

İnternet yoxdursa, bu şagirdlər niyə “qaib” alır?

Bir çox ali təhsil müəssisələrində tədris başlasa da, ölkədə olan internet probleminə görə tələbələrin bəziləri dərslərə qoşula bilmir. Xüsusən cəbhəboyu rayonlarda, eyni zamanda Gəncə, Bərdə, Tərtər və s. bölgələrdə bu problem daha çox müşahidə olunur. Dərslərə qoşulmayanlara isə “qaib” qoyulur.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib ki, hazırda internet problemi olan insanlar var və bununla bağlı müvafiq tədbirlər təhlil olunur, əsaslı surətdə araşdırılır:

“Cəbhəboyu rayonlardakı tələbələrin, eyni zamanda şagirdlərin vəziyyətlərinə dair arayış tərtib olunur və “qaib”lər nəzərə alınır”.

Mövzu ilə bağlı danışan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova bildirib ki, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutmaqda davam edir və bunun nəticəsində Füzuli, Ağdam, Tərtər, Goranboy, Ağcabədi rayonlarının, Bərdə şəhərinin və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin telekommunikasiya təsərrüfatına da ziyan dəyib:

“Baş vermiş zədələnmələrin qısa vaxtda aradan qaldırılması, xidmətin verilməsinin dayanıqlığının təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar”.

Oxunub: 677
Oxşar xəbərlər
SON XƏBƏRLƏR