» » IX sinifi bitirməyən şəxslər üçün eksternat qaydasında imtahan keçirilib

IX sinifi bitirməyən şəxslər üçün eksternat qaydasında imtahan keçirilib

  • 16-01-2017, 18:02
  • tehsil
  • 190
IX sinifi bitirməyən şəxslər üçün eksternat qaydasında imtahan keçirilibMüxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün eksternat qaydasında imtahan keçirilib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Djb.az-a verilən xəbərə görə, eksternat imtahanlarında iştirak etmək üçün 16 yaşı tamam olmuş 35 nəfər qeydiyyatdan keçib.

Ümumi orta təhsil kursu üzrə eksternat imtahanlarında iştirak etmək üçün ərizə qəbulu 19-30 dekabr tarixlərində keçirilib. Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə keçirilmiş imtahanda 29-u Azərbaycan, 4-ü rus bölməsi olmaqla, 33 nəfər iştirak edib. Onlardan 24 nəfər imtahandan keçib.

Qeyd edək ki, imtahandan müvəffəqiyyətlə keçən şəxslər ümumi orta təhsil haqqında sənəd əldə etmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak etməlidirlər.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031