» » Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbində vətənpərvərlik mövzusunda tədbir keçirildi.

Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbində vətənpərvərlik mövzusunda tədbir keçirildi.

  • 12-01-2017, 21:11
  • tehsil
  • 313
Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbində vətənpərvərlik mövzusunda tədbir keçirildi.
Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbində vətənpərvərlik mövzusunda tədbir keçirildi. Tədbir Aşağı Cürəli kənd tam orta məktəbinin məzunu olmuş, hal-hazırda hərbi xidmətdə olan Bağırov Qəlbinur Namiq oğluna həsr edildi. Belə ki, xidmət etdiyi "n" saylı hərbi hissədə nizam-intizamı ilə hərbi xidmət yolunu uğurla davam etdirən Qəlbinur barədə oxuduğu məktəbə və valideynlərinə həmin hərbi hissənin komandiri tərəfindən təşəkkür məktubu daxil olmuşdur.
Məktubda müəyyən hissədə qeyd edilir: " Ana vətənimizin azadlığının, müstəqilliyinin və ərazi bütövlüyünün təhlükə altında olduğu bir vaxtda nümunəvi şagird tərbiyə edib vətənin müdafiəsi üçün hərbi xidmətə göndərdiyinizə görə sizə və məktəbin bütün kollektivinə ürəkdən təşəkkür edir və çox sağ ol deyirik!"
Göndərilən məktub iclasda iştirak edən məktəb kollektivinə və şagirdlərə çatdırıldı.
Milli-mənəvi dəyərlərdən söhbət açan məktəbin direktoru Ələsgər Şahbazov şagirdlərimizə Mübariz kimi, Fərid kimi, Çingiz kimi və digər qəhrəmanlar kimi vətənpərvər cəsur olmağı tövsiyə etdi. Həmçinin, Qəlbinurun timaslında neçə-neçə vətən övladının torpaq, vətən uğrunda canını belə əsgirəməyəcəyini, cənab prezident İlham Əliyevin əmri ilə düşmən tapdağı altında olan torpaqlarımızı, şəhidlərimizin qisasının alınacağı günü səbrsizliklə gözlədiyimizi qeyd etdi.
Tədbirdə bir neçə şagird çıxış edərək vətənin hamımız üçün əziz və doğma olduğunu vurğuladılar.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930