dini radikalizm və ekstremizmlə mübarizə

Məktəblərdə yoluxma halları artsa, dərslər dayandırıla bilərmi? – RƏSMİ AÇIQLAMA

Məktəblərdə yoluxma halları artsa, dərslər dayandırıla bilərmi? – RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyinin açıqladığı statistikaya görə, yeni dərs ili başlayandan bu günədək 105 şagird və məktəblərdə işləyən 33 nəfərdə koronavirus aşkarlanıb. Eyni zamanda yoluxma səbəbindən Quba rayonunun Qamqam kənd orta məktəbində əyani formada tədris dayandırılıb, distant formaya keçilib. Bu günədək distant təhsilə keçən siniflərin sayı isə 6-dır. Bəs yoluxma artarsa, məktəblər yenidən bağlana bilərmi?

Yeniavaz.com xəbər verir ki, Təhsil Nazirliyindən virtualaz.org-un sorğusuna cavab olaraq bildirilib ki, “Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə qərara əsasən, kütləvi xəstəlik şübhəsi hallarında hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında Təhsil Nazirliyini məlumatlandırmaqla, təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməlidir.

Oxunub: 627
Oxşar xəbərlər
SON XƏBƏRLƏR