dini radikalizm və ekstremizmlə mübarizə

Ali məktəblərə ərizə verən abituriyentlərin sayı açıqlanıb

Ali məktəblərə ərizə verən abituriyentlərin sayı açıqlanıb

Ali təhsilin bakalavr səviyyəsinə ərizə verən abituriyentlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, indiyə qədər ərizə verən abituriyentlərin sayı 71888-dir. I-IV qrup üzrə 61882 abituriyent ərizə verib. Onlardan 56475-i Azərbaycan, 5407-si rus bölməsindəndir.

I qrup üzrə indiyə qədər 26111 (23869 nəfər Azərbaycan, 2242 nəfər rus bölməsi), II qrup üzrə 11521 (10359 nəfər Azərbaycan, 1162 nəfər rus bölməsi), III qrup üzrə 19685 (18272 nəfər Azərbaycan, 1413 nəfər rus bölməsi), IV qrup üzrə 4565 (3975 nəfər Azərbaycan, 590 nəfər rus bölməsi) nəfər ali məktəblərə sənəd verib.

V qrup üzrə qeydiyyatdan keçənlərin sayı ümumilikdə 45976 nəfərdir, onlardan 42849 nəfəri Azərbaycan, 3127-si isə rus bölməsidir.

Oxunub: 532
Oxşar xəbərlər
SON XƏBƏRLƏR