» » Nazirlik: "Azərbaycan dili imtahanı evdən onlayn və ya imtahan mərkəzlərində keçiriləcək"

Nazirlik: "Azərbaycan dili imtahanı evdən onlayn və ya imtahan mərkəzlərində keçiriləcək"


Tədris digər dillərdə təşkil olunmuş bölmələrin IX sinif şagirdləri üçün dövlət dili kimi Azərbaycan dili imtahanı iyun ayı ərzində ənənəvi şəkildə (kağız daşıyıcısı) keçiriləcək.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tədris digər dillərdə təşkil olunmuş bölmələrin XI sinif məzunları üçün imtahan evdən onlayn və ya imtahan mərkəzlərində (elektron və ya kağız daşıyıcılarında) keçiriləcək. İmtahanda evdən onlayn iştirak etmək istəyən məzunların bu məqsədlə istifadə edəcəkləri avadanlıq müəyyən ediləcək texniki şərtlərə cavab verməlidir.

Mayın 20-dək ali (orta ixtisas) məktəblərinə qəbul olmaq üçün ərizələrini təsdiq etmiş abituriyentlər (ötən illərin məzunları) onlayn sınaq imtahanlarında iştirak edə bilərlər.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahan ümumilikdə 2 dəfə keçiriləcək.
Oxşar xəbərlər
«    Mayıs 2020    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031