dini radikalizm və ekstremizmlə mübarizə

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclasında bir neçə təklif irəli sürülüb

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclasında bir neçə təklif irəli sürülüb

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, İctimai Şuranın (İŞ) onlayn iclasını açan şuranın məsul katibi fəlsəfə doktoru İlqar Orucov COVID-19 pandemiyası ilə əlaqədar yaranmış reallığa müvafiq olaraq məsafədən müzakirənin təşkil edilməsini və cəmiyyəti narahat edən təhsil məsələləri ilə bağlı İŞ-in mövqeyini ictimaiyyətə çatdırmağın vacibliyini qeyd edib.

Xüsusilə insanları narahat edən başlıca məqam koronavirusla əlaqədar ölkəmizdə həyata keçirilən qabaqlayıcı və eləcə də növbəti mərhələdə karantin rejiminin tətbiqi ilə ənənəvi təhsildə yaranmış fasilə, bununla bağlı məsafədən təhsilə start verilməsi zamanı yaranan problemlərdir. Belə ki, Təhsil Nazirliyinin “Dərs vaxtı” və “Virtual məktəb” layihələrinin tədrisdə yaranmış boşluğun aradan qaldırılması üçün atılmış çevik addımları təqdir etməklə yanaşı, təhsil alanların məsafədən təhsili zamanı ənənəvi qiymətləndirmənin keçirilə bilinməməsi yaxın perspektivdə baş tutacaq imtahanlarda öz mənfi təsirini göstərə bilər.

Beləliklə, koronavirus təhlükəsinin yaratdığı psixoloji gərginlik abituruyentlərdə və onların valideynlərində də əlavə narahatçılıq yaradıb. Məsələ ilə bağlı şura sədri professor Şahlar Əsgərov, üzvlər - professor Hikmət Əlizadə, professor Mais Əliyev, fəlsəfə doktorları Ülviyyə Mikayılova, Elmina Kazımzadə, əməkdar müəllim Asif Cahangirov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək münasibətlərini ifadə ediblər.

Bununla bağlı Şura üzvləri həm yaxın, həm də uzaq perspektiv üçün aşağıdakı təkliflərlə çıxış edir:

1. DİM-in builki buraxılış və qəbul, eləcə də ali təhsil müəssisələri (ATM) semestr imtahanlarında mart ayından tədris ilinin sonunadək olan dövrü əhatə edən mövzulara dair sualların çətinlik dərəcəsində dəyişiklik edilməsi və ya bu mövzuların imtahan sualları sırasına ümumiyyətlə daxil edilməməsi;

2. Ümumi təhsilin dövlət standartlarında və onun əsasında tərtib edilmiş tədris proqramlarında yer almamış istənilən mövzunun (o cümlədən koronavirusla bağlı mövzunun) imtahan suallarına daxil edilməməsi;

3. Növbəti illərdə ölkəmizdə həyata keçirilən imtahanların format və məzmununda zəruri hesab edilən təkmilləşdirmələrin DİM, Təhsil Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə birgə müzakirəsinin təşkili;

4. Bununla yanaşı, ölkədə qəbul edilmiş yeni məşğulluq strategiyasına uyğun olaraq ATM-lərin təhsil proqramlarının və qiymətləndirməyə yanaşmalarının müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün fəaliyyət planın qəbul və icra edilməsi.

Oxunub: 670
Oxşar xəbərlər
SON XƏBƏRLƏR