» » Peşə məktəbləri üçün də teledərslər keçirilıcək

Peşə məktəbləri üçün də teledərslər keçirilıcək

Peşə məktəbləri üçün də teledərslər keçirilıcək

Peşə təhsil müəssisələrində təhsilalanlar üçün də teledərslər olacaq.

APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, bu gündən teledərslərin çəkilişinə başlanır: "Bayramdan sonra həmin teledərslər yayıma başlayacaq".

Qeyd edək ki, koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə təhsil müəssisələrində dərslərin dayandırılmasından sonra martın 11-dən Azərbaycan dili bölməsi, martın 16-dan başlayaraq isə həftənin 5 günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. Proqramda teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olur.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, teledərslərin məqsədi tətil günlərində şagirdlərin dərsdən geri qalmamasına yardım etməkdir.
Oxşar xəbərlər
«    Nisan 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930