dini radikalizm və ekstremizmlə mübarizə

35 əcnəbi tələbə Azərbaycan Tibb Universitetindən xaric edilib

35 əcnəbi tələbə Azərbaycan Tibb Universitetindən xaric edilib

Azərbaycan Tibb Universiteti (ATU) 35 əcnəbi tələbəni ali məktəbdən xaric edib.

Bu barədə APA-ya ATU-dan bildirilib. Qərar Universitetin Rektoryanı Şurası tərəfindən çıxarılıb.

Onlar universitetlə müqavilə şərtlərini pozduqlarına görə, konkret olaraq 2019\2020-ci tədris ili üçün müəyyən edilmiş təhsil haqqını ödəmədikləri üçün ATU-dan xaric ediliblər.

Bundan əlavə, təhsil haqqının tam ödənilməsi üçün 9 tələbəyə yanvarın 15-dək müddət verilib. Bu tələbələr indiyədək təhsil haqqının yalnız bir qismini ödəyiblər.

Oxunub: 627
Oxşar xəbərlər
SON XƏBƏRLƏR