» » Mikayıl Cabbarovun təhsil və karyera yolu – UNEC məzunu olan nazir

Mikayıl Cabbarovun təhsil və karyera yolu – UNEC məzunu olan nazir

Mikayıl Cabbarovun təhsil və karyera yolu – UNEC məzunu olan nazir

Prezident İlham Əliyev Mikayıl Cabbarovla bağlı sərəncam imzalayıb.

AzEdu.az xəbər verir ki, sərəncama görə, Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilib.

Ölkə başçısının digər sərəncamı ilə Mikayıl Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib.

Mikayıl Cabbarov və təhsil yolu…

Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub. O, 1992-1997-ci illər - Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Mikayıl Cabbarov 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq magistr səviyyəsində təhsil alıb. 2004-cü il - Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Nyu-York şəhərinin vəkillər kollegiyasının üzvüdür.

Yeni İqtisadiyyat nazirinin ilk əmək fəaliyyəti…

Mikayıl Cabbarov ilk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas kimi işləyib. 2002-2003-cü illərdə İqtisadi İnkişaf nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb.

2004-cü ildə Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub. 2009-cu ilin martın 6-dan isə "İçəri Şəhər" Qoruğunun direktoru kimi fəaliyyət göstərib.

2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin edilib.

2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının vergilər naziri vəzifəsinə təyin edilib.

2017-ci ildən - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti, Litva Respublikası və Xorvatiya Respublikası hökumətləri arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyaların həmsədridir.

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

2019-cu il, 9 fevral - Azərbaycan Respublikasının Prezidenti Sərəncamı ilə 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.
Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930