» » Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində iştirak edən namizədlərin sayı açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində iştirak edən namizədlərin sayı açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində iştirak edən namizədlərin sayı açıqlanıb

Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu mərhələdə 23 609 namizəd iştirak edib, onlardan 14 003 namizəd elektron ərizəsini təsdiqləyib.

Vakansiya seçimindən sonra elektron yerləşdirmə mərhələsi başlayır. Elektron yerləşdirmənin nəticələri barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Qeyd edək ki, müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.
Oxşar xəbərlər
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031