dini radikalizm və ekstremizmlə mübarizə

Kolleclərə qəbul olmaq istəyən 23 mindən çox abituriyentin ərizəsi təsdiqlənib

Kolleclərə qəbul olmaq istəyən 23 mindən çox abituriyentin ərizəsi təsdiqlənib

Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verməyən və buraxılış imtahanı nəticəsi müsabiqə şərtini ödəyən bu ilin abituriyentlərinin ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, bu gün saat 10:20-dək kolleclərə qəbul olunmaq üçün ümumilikdə 23 381 abituriyentin ərizəsi təsdiqlənib.

Qeyd edək ki, 9 illik orta təhsil bazasında kolleclərə ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 5-dək “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq istifadəçi adı və paroldan istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiqləyə bilərlər.

Qeyd edək ki, 9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 50‑dən, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

Oxunub: 626
Oxşar xəbərlər
SON XƏBƏRLƏR