» » Azərbaycanın bu universitetlərinin DİPLOMLARI TANINMAYACAQ - SİYAHI

Azərbaycanın bu universitetlərinin DİPLOMLARI TANINMAYACAQ - SİYAHI

  • 29-05-2019, 08:54
  • tehsil
  • 125
Azərbaycanın bu universitetlərinin DİPLOMLARI TANINMAYACAQ - SİYAHI
Türkiyənin Ali Təhsil qurumu Azərbaycanın üç universitetini “tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib.

Djb.az-in xəbərinə görə, bu barədə təhsil eksperti Kamran Əsədov feysbuk hesabında məlumat verib.

"Təəssüflər olsun ki, Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) qərar qəbul edib və Azərbaycanın Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universiteti “tanınmayan” universitetlər siyahısına salınıb. Rəsmi sənəddə bu universitetlərin tanınmamasına səbəb kimi Türkiyədə FETÖ olayları yazılıb".

Ekspert bildirib ki, yeni qərarə əsasən, bu universitetin məzunları məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura təhsili ala bilməyəcək.
Oxşar xəbərlər
«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829