dini radikalizm və ekstremizmlə mübarizə

Masallıdan olan məzun buraxılış imtahanında maksimum bal toplayıb

Masallıdan olan məzun buraxılış imtahanında maksimum bal toplayıb
11-ci sinif şagirdləri üçün 2019-cu il aprelin 21-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub.

ONA-nın verdiyi məlumata görə, buraxılış imtahanının nəticələrinin 2 qalibindən biri Masallı rayon 4 saylı Digah tam orta məktəbin məzunu Şəhriyar Şahin oğlu Səmədovdur.

Şəhriyar ona təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və 300 bal toplamaqla maksimum nəticə göstərib.

Qeyd edək ki, buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) məzunlara tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür. Açıq tipli tapşırıqların hər biri qiymətləndirmə meyarlarına uyğun olaraq 0 və ya 1 balla, qapalı tipli tapşırıqların hər biri də 0 və ya 1 balla qiymətləndirilir.

Oxunub: 699
Oxşar xəbərlər
SON XƏBƏRLƏR