dini radikalizm və ekstremizmlə mübarizə

Dünyanın məşhur universitetləri Avropa Azərbaycan Məktəbinin XI sinif şagirdlərinə 150 min dollar təqaüd təklif ediblər

Dünyanın məşhur universitetləri Avropa Azərbaycan Məktəbinin XI sinif şagirdlərinə 150 min dollar təqaüd təklif ediblər
Avropa Azərbaycan Məktəbinin XI sinif Beynəlxalq Bakalaviriat Diplom Proqramını bitirən 25 şagirdin hamısı nüfuzlu beynəlxalq universitetlərə qəbul olunması bərədə təkliflər alıb.

ONA-nın xəbərinə görə, bu universitetlər sırasında “King’s College” (Böyük Britaniya), “University of Bristol” (Böyük Britaniya), “Science PO” (Fransa), “Maastricht University” və “Leiden University” (Hollandiya), “Edinburgh University” (Böyük Britaniya), “Washington and Jefferson University” (ABŞ), “Utrecht University” və “Erasmus University” (Hollandiya), “Toronto University” (Kanada), “Sabanci University” (Türkiyə), “KU Luven University” (Belçika), “Warwick University” (Böyük Britaniya), “BI Norwegian School” (Norveç), “York University-Finance” (Kanada), “University of New Hampshire” (ABŞ), “Quinnipiac University” (ABŞ), “Bocconi University” (İtaliya), “University of British Columbia” (Kanada), “University of Aberdeen” (Böyük Britaniya), “Glasgow University” (Böyük Britaniya), “Aaolto University” (Finlandiya), “Corvinus University of Budapest” (Macarıstan), “University of Colorado”(ABŞ), “University of Minnesota Computer Science” (ABŞ) kimi təhsil ocaqlarının adlarını qeyd etmək olar.

Şagirdlər universitetlərdən ümumilikdə 150 min ABŞ dolları məbləğində təqaüd təklifləri də alıblar. Belə ki, “Washington and Jefferson Universiteti”ndən 27 000 dollar, “Jacobs Universiteti”ndən 16 500 avro, “Wagner College-Economics”dən 25 000 dollar, “University of New Hampshire”dən 15 000 dollar, “Quinnipiac Universiteti”ndən 28000 dollar, “University of Aberdeen” (Environmental science) 19 300 ingilis funtu həcmində təqaüd təklifi alan şagirdlər son seçim mərhələsində onlara daha uyğun universiteti seçəcəklər.

Qeyd etmək lazımdır ki, xaricdə təhsil alacaq şagirdlərə kömək etmək məqsədilə orta məktəbdə beynəlxalq universitetlər üzrə məsləhətçi də fəaliyyət göstərir. Bir sıra universitetlər məktəbdə təqdimatlar keçiriblər. Universitetlər üzrə axtarış, sənədləşmə, məsləhət və yönləndirmə kimi xidmətlər təhsil prosesinin ayrılmaz hissəsi olaraq şagirdlərə göstərilir. Eyni zamanda bu sahədə də valideynlərlə sıx əməkdaşlıq edilir.

Avropa Azərbaycan Məktəbi 2011-ci ildə təsis edilmiş özəl ümumi təhsil məktəbidir. Məktəb Təhsil Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir və beynəlxalq proqramlar təklif edir. Bu proqramlara Beynəlxalq Bakalavriat (IB) İbtidai Təhsil Proqramı (PYP), Orta Təhsil Proqramı (MYP), Diplom Proqramı (DP) və Kembric Beynəlxalq İmtahanları (CIE) daxildir. Məktəbdə I-XI siniflərlə yanaşı, Erkən Təlim Proqramı (4 və 5 yaşlı uşaqlar üçün) da fəaliyyət göstərir. Məktəb həmçinin Beynəlxalq Məktəblər Şurası (CIS) şəbəkəsinin də üzvüdür. Məktəb məzunları beynəlxalq nüfuzlu universitetlərlə bərabər Azərbaycan universitetlərinə də yüksək ballarla daxil olublar.

Oxunub: 656
Oxşar xəbərlər
SON XƏBƏRLƏR