dini radikalizm və ekstremizmlə mübarizə

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçiminin vaxtı uzadılıb

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçiminin vaxtı uzadılıb
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçiminin vaxtı uzadılıb.

Djb.az-in ONA-ya istinadən məlumatına gorə, bakalavrlar sabah saat 10:00-a kimi öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.


Bu gün saat 22:30-a olan məlumata əsasən, 8667 bakalavr (Azərbaycan bölməsi üzrə 7937, rus bölməsi üzrə 730) öz ərizələrini təsdiq edib.


2019-cu il fevralın 24-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər.


Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər 26 may 2019-cu ildə keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.


Qeyd edək ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçiminin vaxtı bu gün 23:59-da başa çatırdı.

Oxunub: 866
Oxşar xəbərlər
SON XƏBƏRLƏR