» » Qarabağ xanlığının süqutu

Qarabağ xanlığının süqutu

  • 14-12-2016, 15:57
  • tehsil
  • 322
Qarabağ xanlığının süqutu
Mir Mehdi Xəzaninin yazdığına görə Fətəli şah İbrahimxəlil xanın ruslarla arasını vurmaq məqsədi ilə öz sərkərdələrindən Kərim xanı, Abdulla xanı İbrahimxəlil xanın yanına elçi göndərir, ondan Rusiya ilə dostluq siyasəti aparmamağı tələb edir. Bu tələbi Fətəli şah İbrahimxəlil xana bu təklifləri edir:
1.Qarabağı Rusiya təcavüzündən mühafizə üçün Şahbulaq qalasında İran əsgərlərindən ibarət qarnizon qoysun.
2.Dağılıb qaçan Qarabağ əhalisini yenidən toplayıb Qarabağa köçürmək və İbrahim xanın nüfuzunu artırmaq üçün Abbas Mirzəni böyük qoşun ilə Qarabağa göndərsin.
3.İran tərəfdən Qarabağa verilən zərərin dəyərini İbrahimxəlil xana qaytarsın.
4.Əsgəran qalasına Şuşanı Rusiyadan müdafiə etmək üçün İran mühafizəçi dəstələri qoysun.Hələ bunlardan da əlavə Şahbulaq qalasının da Fətəli şaha verilməsi tələb olundu. Fətəli şah Qarabağda yerləşəcək bütöv bir ordunu pulla satın alınan ərzaqla təchiz etməyə söz verirdi. İbrahimxəlil xan Fətəli şahın təkliflərinə heç bir məhəl qoymadı. Onun qızı Ağabəyim ağa şahın hərəmi olmasına baxmayaraq İbrahimxəlil xan müdriklik göstərdi və tarixi şəraitlə hesablaşmağı zəruri saydı.Baxmayaraq ki,o bunu çoxdan istəyirdi. O, Rusiya qoşunlarının Şuşa qalasından uzaqda olmasına baxmayaraq Fətəli şahın bütün təkliflərini rədd etdi. Həm də İbrahimxəlil xan Fətəli şahın əmisinin qətlinə görə Qarabağlılardan qisas alcağını yaxşı dərk etdiyindən şah ilə onların qohumluğuna baxmayaraq İrandan aldığı bütün maddi imtiyazları atıb Rusiya ilə yaxınlaşmağı üstün tutdu.1Mirzə Camal Cavanşir Qarabaği yazırdı ki,buna görə də İbrahimxəlil xan İran dövlətinə və onun mərhəmətinə məhəl qoymayıb yenidən Tiflis şəhərinə elçi göndərdi.Sərdar Sissianovla görüşmək və itaət şərtlərini qurtarmaq istədiyini bildirdi. Sərdar Knyaz Sissianov İbrahimxəlil xanın elçisini hömət və ənamla geri qaytarıb xəbər vermişdir ki,görüş yazda vilayətin yaxınlığında olacaqdır. Buna görə 1805-ci il may ayının 1-də mərhum İbrahimxəlil xan, oğlanları general-mayor Məhəmmədhəsən ağa,general-mayor Mehdiqulu ağa,palkovnik Xanlar ağa və Qarabağın başqa əyyanları ilə birlikdə boyük sərdar Knyaz Sissianovun yanına getdi. Knyaz onlardan əvvəl gəlib Kürəkçay kənarında ordu qurmuşdur. İbrahimxəlil xan etimadlı adam göndərib, kürəkəni olan Şəki vilayətinin hakimi Səlim xanı da buraya gəlməyə təşviq etdi və onun Şəki vilayətinin əyanı ilə Knyaz Sissianovun hüzuruna apardı. Kürəkçayın qırağında bir neçə gün bayram,şənlik və qonaqlıq oldu. Sonra traktat və əhdnamə yazıldı. İbrahimxəlil xan və Şəki xanı Səlim xan ona möhür basdılar, Knyaz Sissianov isə ona imzasını çəkdi. Bir- birinə hörmət və ehtiran göstərdikdən sonra geri qayıtdılar. Şərtə görə Məhəmməd Həsən xanın ikinci oğlu Tiflisdə girov qalmalı oldu.Mərhum İbrahimxəlil xanın xahişinə görə bir dəstə rus qoşunu topxana ilə həmişə Şuşa qalasında xanın yanında qalmalıidi. Həmin yığıncaqda İbrahimxəlil xana və Səlim xana general-leytenantlıq, Məhəmmədhəsən ağaya və Mehdiqulu xana general-mayorluq, Xanlar ağaya palkovniklik rütbəsi verilməsi haqqında Knyaz Sissianovun vasitəçiliyi ilə padşaha ərizə yazıldı. Dörd aydan sonra bu iltifat və daimi məvacibli dərəcələrin verilməsi haqqında fərman gəlib çatdı.
Kürəkçay yığıncağından qayıtdıqdan sonra mayor Lisaneviç sərdarın əmri ilə bir dəstə yeger və topxana ilə qalanın 10 verstliyində olan Xanbağına gəldi.Bu zaman Qızılbaş qoşunun Araz qırağına yaxınlaşması xəbəri gəlib çatdı. Araz çayının suyu xeyli qalxmışdı.Çayı körpüdən başqa heç bir yerdən keçmək olmazdı.Buna görə də, Məhəmmədhəsən ağa Qızılbaş qoşunun Qarabağ torpağına girə bilməməsi üçün və vilayətdəki ellərin,kəndlərin əkin yerlərinin tələf olmaması üçün yeger dəstəsini və mayoru götürüb,Qarabağın adlı-sanlı atlıları ilə birlikdə körpüyə tərəf getdi. Lakin Qızılbaş qoşunu onları qabaqlayıb körpüdən keçmiş və Qarabağ torpağına girmişdir. Qızılbaşlar Cəbrayıllı bağları yaxınlığında rus və Qarabağ əsgərlərinə rast gəldilər. Güclü vuruşma oldu.Gecə Məhəmmədhəsən ağa Şuşa qalasının mühafizəsini məsləhət bilib, qoşunla qalaya qayıtdı.Qızılbaş qoşunu qalanın dörd ağaclığında olan Ağoğlana girdi.Beş minə yaxın qoşun isə Əsgəran qalası ətrafına gəlib iki tərəfdən qalanı almaq fikrində idilər.Mayor bu əhvalatı sərdara yazmışdır. Bu arada İranın naibüssəltənəsi Çanaxçı kəndinə gəlib Əsgəran qoşunun yolunu gözləyirdi. Palkovnik Karyagin və podpolkovnik Kotlyarevski böyük sərdarın əmrinə görə qoşun və topxana ilə Şahbulaq qalasının yaxınlığına çatdılar. Naibüssəltənə Çanaxçıdan köçüb palkovnik Qaryaginin üstünə getdi.Bunlar vuruşa-vuruşa Əsgaran yaxınlığına çatdılar.Qızılbaş qoşunu hər yeri,bütün yolları və Əsgaran qalasını tutub möhkəmləndirdiyinə görə qoşunun və topların hərəkəti çətinliyə düşdü.Buna görə bir dəstə rus qoşunu orada səngərə girib on bir gün ərzində Qızılbaş qoşunu ilə vuruşdu.Bundan başqa, rus qoşunun səngəri sudan da uzaq idi. On bir gündən sonra polkovnikin və Kotlyarevskinin yaralandığına və rus qoşunun yarısının davada tələf olduğuna və yaralandığınabaxmayaraq, üç yüzə yaxın soldat bütün topları götürüb Vanya yüzbaşının bələdçiliyi ilə Şahbulağa qayıtdılar. Vanya məlik titulu aldı, rus qoşunun qalaya girə bilməməsi üçün Şahbulağa çoxlu Qızılbaş piyadası qoyulmuşdur.Buna baxmayaraq, ruslar həmin gecə hücum edərək qalanı Qızılbaşların əlindən aldılar. Bir nəfər Qızılbaş xanı bir neçə nəfər piyada ilə birlikdə öldürüldü. Ruslar üç gün orada qaldıqdan sonra yenə məlik Vanyanın bələdçiliyi ilə Gəncəyə getdilər.Fətəli şah özü də bütün Qızılbaş ordusu ilə Qarabağa gəlib Şuşa qalasının altı ağaclığında məskən salmışdır.Naibüssəltənə Abbas Mirzə də polkovnik Koryagin Gəncəyə getdikdən sonra Şahbulağının yaxınlığında ordu qurmuşdu.Bu zaman Knyaz Sissianov naibüssəltənə və Fətəli şahı məğlub etmək üçün rus qoşunu ilə Qarabağ torpağına daxil oldu.Naibüssəltənə Gürcüstanı viran qoymaq və qarət etmək niyyəti ilə öz ixtiyarında olan qoşunla Qarabağdan köçərək Tiflisə tərəf getdi.Fətəli şah Ağoğlanda qalmışdır.Bu zaman Rəştdən Fətəli şaha xəbər çatdı ki,rus qoşunu Xəzər dənizi yolu ilə Talış və Rəşt vilayətinə çıxmışdır.Şah bu xəbərə və Knyaz Sissianovun gəldiyinə görə köçüb Ərdəbilə tərəf getdi.
Həmçinin bu dövrdə digər bir əsas hadisə Birinci Rusiya-İran müharibəsi oldu.Bu dövr “Tarix” kitabında belə yer almışdır;1804-cü ilin mayında İran rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını tələb etdi.Rədd cavabı alan İran iyunun 16-da müharibəyə başladı.Tərəflər arasında ilk döyüş 1804-cü ilin iyulun 27-də Üçmüədzin monastrı yaxınlığında, ikinci döyüş isə İrəvan yaxınlığındakı Qəmərli kəndində oldu. Hər iki döyüşdə məğlub olan rus qoşunları geri çəkildi.
1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında 11maddədən ibarət Kürəkçay müqaviləsi bağlandı.Müqaviləyə görə:
1.Qarabağ xanlığı Rusiya təbəəliyinə qəbul olunmuşdur.
2.Daxili siyasətdə müstəqilliyini saxlayan xanlıq xarici siyasət hüququndan məhrum edilirdi.
3.Xanlıq hər il Rusiya xəzinəsinə səkkiz min çervon bac verməli idi.
4.Şuşada rus qoşunları yerləşdirilməli idi.
¬¬¬¬¬1805-ci il mayın 21-də Rusiya ilə Şəki xanlığı arasında “Kürəkçay”müqaviləsinin şərtlərini təkrar edən müqavilə imzalandı.1805-ci ildən etibarən Qarabağ xanlığı Rusiya dövlətinə birləşdirildi və 1822-ci ilədək daxili muxtariyyətini saxlamaqla xanlıq kimi davam etmişdi.1
1806-cı ilin iyununda İran qoşunu Şuşaya hücum etdi.Şuşadakı rus qarnizonunun rəisi,Cavad xanın qatili mayor Lisonoviç Xankəndində yaşayan İbrahimxəlil xanı öldürdü.Şəki xanı Səlim xan buna cavab olaraq rus qarnizonu Şəkidən qovdu.1806-cı il oktyabr ayında Şəki xanlığı ruslar tərəfindən tutuldu.Səlim xanı Rusiyaya sədaqət göstərən Xoylu Cəfərqulu xan əvəz etdi.Xanlığı idarə etmək üçün rusiyapərəst bəylərdən ibarət idarə yaradıldı.2Lakin,onun cəzası sonralar cavabsız qalmadı.Bir dəfə mayor Lisonoviç bir müsəlmanı Azərbaycan dilində söydüyü üçün həmin saat yerindəcə öldürülmüşdür, bu 1825-ci ilin iyulunda baş vermişdir.Səlnamələrdə yazıldığı kimi, qəlbi milli kinlə zəhərlənmiş mayor Lisonoviç 14 iyul 1806-cı ildə 300nəfər rus soldatı ilə qaladan çıxdı və Şuşanın cəmi 400-500 metrliyində 30-35nəfərlə birlikdə olan İbrahimxəlil xanın düşərgəsinə qəflətən hücum etdi.Xanı,arvadını, qızını, kiçik oğlunu, cəmisi 17 nəfər öldürdü. Qarabağlılar bu haqsızlığa qarşı çıxdı və Qafqaz hakimi Qudoviçə çoxlu şikayət ərizəsi göndərdilər.Lakin cinayət işi nəticəsiz qaldı.Mirzə Camal yazır ki,İbrahimxəlil xanı öldürülməsinə baxmayaraq Qarabağ xanlığının əhalisi mütəşəkkil olaraq Rus hərbi qüvvələri ilə çiyin-çiyinə İranla müvəffəqiyyətli hərbi əməliyyatlarda iştirak edirdilər.Bu Qarabağlıların “Kürəkçay”əhdnaməsinə sonadək sədaqətli olduğunu göstərirdi.Süleyman Əliyarlı isə belə yazmışdır:“1806-cı ildə,yayında İbrahimxəlil xan ailəsini Xanbağındakı evindən qalanın iki verstliyinə köçürmüşdür”. “Dələduzlar”(M.Camal), “Şeytan və bədxah adamlar”(M.Xəzani), “Bir para fitnəkar admlar”(Rzaqulubəy)mayora xanın xəyanət etdiyini söyləyirlər. Bunların işində “Miraxur adlı bir gürcü böyüyünün” (M.Xəzani) olması sui-qəsd ip ucunun uzaqlara getdiyini göstərməkdədir. Xanın təkcə taxtına deyil, varına da göz dikənlər çox idi. Lisanoviç 200 rus əsgəri ilə qaladan çıxıb, xanın üstünə gəldi.
S.Əliyarlının “Azərbaycan tarixi” kitabında oxuyuruq ki, M.Xəzani belə qeyd etmişdir ki, mayor əmr eyləyib, soldatlar atəş açıblar. Qalan adamlar qaçıb xilas olub, xanın evini tarac etmişdilər. İbrahimxəlil xana əvvəlcə bir güllə dəyib,sonra bir övrəti ki, Səlim xan Şəkilinin bacısı idi və bir Nəcibə qızı ki, Bikə xanımdan olmuşdur və bir oğlu da Gövhər ağanın anasından olmuşdu on üç yaşı var idi ki onu da qətlə yetirmişdilər. Digər övrəti və qızı yaralı halda qalaya gəlib burada məhkum oldular.Onlardan əlavə 17nəfər bəyzadə,mirzə,nökər qətlə yetirilmişdir. Adları: İbrahimxəlil xan özü,Tubu bəyim-Şəkili Hüseyn xanın qızı, Hərəmi xan, Səltənət bəyim, Səbiyeyi xan, Abbasqulu ağa-Fərzəndi xan, Hacı Hüseynqulu bəy Kəbiri, Mirzə Haqverdi Kəbirli, (Qərvəndli) Hümmət bəy Cavanşir, Həsənağa Gülməli bəy (oğlu) , Sarıcalı (Cavanşir) , Mirzətağı Əfşar, Əlipənah -pişxidmət, Hacı Həsən Əcəm oğlu Kəbirli, onun iki oğlu, başqa iki nəfər; birinin adı Teymur idi, iki nəfər də Şuşalı.Bu soyuqqanlı qırğın üçün heç bir səbəb yox idi.Hətta Rusiyada çıxan “Oteçestvennie zapiski” toplusu (1828, N93) 80yaşlı İbrahimxəlil xanın 52 il boyunca Qarabağ xanlığının hökmdarı olmasını xatırladaraq yazırdı: “Farsların çox çalışmasına baxmayaraq bütün Azərbaycanda onların hökmünə tabe olmayan təkcə Şuşalı İbrahimxəlil xan qalırdı”.Həsən İxfa Əlizadə hamı üçün gözlənilməz olan bu hadisədən Şuşalıların və bütün Qarabağ əhlinin həyacanlandığını yazır.Sonra hakimiyyətə Mehdiqulu xan gəldi.Mehdiqulu bəyə xan titulunu və Qarabağ xanı, hakimiyyət bayrağı və cəvahirə tutulmuş qılınc verilməsi 1807-ci ildə imperator Aleksandr Pavloviçin fərmanına əsasən verilmişdir. Mehdiqulu xan (17ildən çox hakimiyyətdə olub) hökümətin müqəssirlərə cəza veriləcəyini bildirərək xalqı sakitləşdirdi.Ancaq xalqın şikayətləri cavabsız qaldı. Qətldən on beş gün keçmiş general Nebolsin qoşun ilə gəlib Əsgəran yaxınlığında düşərgə saldı. Mehdiqulu xan Qarabağ atlıları ilə gəlib rus qoşunu ilə birləşdi. Şuşa Lisaneviçin əlində qaldı. İyulun 15-də Honoşen yaxınlığında yeddi saat sürən dava oldu. Mehdiqulu xanın köməyi vaxtında yetişdi.Qızılbaş qoşunu çoxlu itki verərək məğlub oldu.Abbas Mirzə qoşunla o taya keçdi,Ruslar otuza qədər əsgər və zabit itirdilər.Digər tərəfdən Fransa və İngiltərədən kömək alan Osmanlı dövləti 1806-cı ildə Rusiyaya müharibə elan etdi.1807-ci ilin iyununda Gümrü yaxınlığındakı döyüşdə Osmanlı ordusu məğlub edildi.1812-ci ildə bağlanmış Buxarest sülhünə görə, Osmanlılar Cənubi Qafqazın böyük hissəsinin Rusiya tərəfindən işğal olunmasını təsdiq etdi.
İrəvanı tuta bilməyən rusları 1809-cu ildə Qarababa kəndi yaxınlığındakı döyüşdə Qacar şahzadəsi Abbas Mirzənin başçılıq etdiyi İran ordusu məğlubiyyətə uğratdı. Rus qoşunlarının 1808-ci ilin payızı 1809-cu ilin əvvəlinin hərbi kompaniyası məğlubiyyətlə başa çatdı. 1812-ci ilin avqustunda Abbbas Mirzənin qoşunu Lənkaran xanlığını ələ keçirsə də dekabrda rus qoşunları Lənkaran qalasını tutdular. Alandüz və Lənkaran döyüşlərində rus qoşunlarının qələbəsi birinci Rusiya-İran müharibəsinin taleyini həll etdi.Rusların bölgədəki hərbi-siyasi uğurlarından və iranın içərilərinə doğru irəliləcəyindən qorxub şah sülh bağlamağa məcbur oldu. 1813-cü il oktyabrın 12-də Rusiya ilə İran arasında Gülüstan kəndində sülh müqaviləsi bağlandı. Gülüstan müqaviləsinə görə:
1. İrəvan və Naxçıvan xanlıqlarından başqa Azərbaycanın şimal xanlıqları və Gəncə, Qarabağ, Şəki, Şamaxı, Dərbənd,Bakı, Quba, Lənkəran və həmçinin şərqi Gürcüstan və Dağıstan Rusiyanın tərkibinə keçdi.
2. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya verildi.
3. Rusiya tacirlərinin İranla ticarətində 5%-lik gömrük tarifi müəyyən olundu.
4. İran ərazisində rus tacirləri daxili gömrük rüsumları ödəməkdən azad edildilər.
Gülüstan müqaviləsi ilə Azərbaycanın bölüşdürülməsinin birinci mərhələsi başa çatdı. Bu müqaviləni Rusiya tərəfdən Nikolay Rtışçev, İran tərəfdən isə Həsənxan imzalamışdır. Amma yenə də gərginlik hökm sürürdü. Belə ki, İran öz uğursuzluğu ilə barışmırdı.Digər tərəfdən Rusiya Azərbaycanda komendantlıq idarə üsulunu yaratmaq istəyirdi və bu belə oldu. Müqavilədən sonra bəzi xanlıqlarda əvvəlcə keçid sistemi yaradıldı. Quba xanlığı işğal edildikdən sonra burada yerli bəylərdən ibarət əyalət şurası təşkil olundu. 1810-cu ildə Ruslara qarşı üsyan baş verdiyinə görə bu şura öz fəaliyyətini dayandırdı. Hakimiyyət bütünlüklə komendantın əlinə keçdi.Qarabağ,Şəki və Şamaxı xanlıqlarında isə xanlıq idarə üsulu saxlanmışdı.Çünki həmin xanlıqlar silahlı müqavimət göstərmədən Rusiyaya ikitərəfli müqavilələrlə ilhaq edilmişdilər. 1819-cu ildə Şəki, 1820-ci ildə isə Şamaxı, 1822-ci ildə Qarabağ, 1826-cı ildə isə Lənkəran xanlığı ləğv edildi və əyalətə çevrildi.Hansı ki, Qarabağ xanlığı Azərbaycan xanlıqlarının ən qüdrətlilərindən biri idi.
Əsrlər boyu qonşu ölkələrin Qarabağı ələ keçirmək üçün can atmalarına birinci növbədə buranın təbii sərvəti,ab-havası,münbit torpaqları,sulu çayları,sərin bulaqları,sıx meşələri səbəb olmuşdu.Buna görə də,Azərbaycanın təbii sərvətini mənimsəmək üçün işğal prosesində,ilk növbədə neft mənbələri,duz gölləri və s... rus tacirlərə icarəyə verildi.2
1825-ci ilin dekabrında Rusiyada baş vermiş dekabristlər üsyanı Rusiyanın başını qatdığını düşünən İran höküməti fürsətdən istifadə edib Rusiya ilə müharibəyə başlamağı üstün tutdu. “İkinci Rusiya-İran müharibəsi” 1826-cı ilin iyunun19-da başladı. Bu döyüşdə də Rusiya qalib oldu və 1828-ci ilin fevralın 10- da Türkmənçay kəndində Rusiya ilə İran arasında sülh müqaviləsi bağlandı, sülh danışıqlarında Abbasqulu ağa Bakıxanov da tərcüməçi kimi iştirak edirdi.16maddədən ibarət sülh müqaviləsinə görə,İran Rusiyaya 20 milyon manat gümüş məbləğində təzminat ödəməli; İrəvan və Naxçıvan xanlıqları da Rusiyaya verilməli Xəzər dənizi Rusiyanın daxili dənizinə çevrilməli və başqa maddələridi. 15-ci maddəyə görə isə İrandan Cənubi Qafqaz ərazisinə erməni ailələri köçürülməli idi və müəlliflər Paskeviç və Qriboyedv idi. Amma müqavilənin əslini Paskeyeviç, A.Obrezkov imzalamışlar.Ən çox erməni İrəvana köçürülmüşdür. Köçürülmə ilə xüsusi komitə də təşkil olunmuşdur.Türkmənçay sülh müqaviləsi XIX əsrin əvvəllərində baş vermiş Rusiya-İran müharibələrinə son qoydu.Bununla da,Azərbaycan xanlıqlarının rəsmən iki yerə bölüşdürülməsi başa çatdı və milli dövlətçiliyimizə çox güclü zərbə dəydi.Cənubi Azərbaycan torpaqları İranın tərkibində qaldı. Şimali Azərbaycan torpaqları isə Rusiya imperiyasının xammal mənbəyinə və satış bazasına çevrildi.1828-ci ildə Naxçıvan və İrəvan xanlıqları ləğv edildi,onların ərazisində Ermənistan vilayəti yaradıldı.Mehdiqulu xan isə 1827 -ci ildə Qarabağa qayıtdıqdan sonra ömrünün sonunadək (1845) dinc şəraitdə yaşamış, öz mülklərini və təsərrüfatını idarə etmişdi.
Gələn dəfə “Qarabağ xanlığının iqtisadi və mədəni həyatı” barədə yazacam.(Məlumatınıza çatdırmaq istəyirəm bu elmi məqalə 2012 ci ildə elmi dovriyyəyə aid edilib, lakin indiyədək qəzet və jurnallarda çap edilməmişdir.)
Anar Quliyev
Qarabağ xanlığının süqutu
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031