dini radikalizm və ekstremizmlə mübarizə

XI sinif test kitabçası niyə çap edilməyib? – Açıqlama

XI sinif test kitabçası niyə çap edilməyib? – Açıqlama
2018-2019-cu tədris ilində Azərbaycan dili, rus dili, ədəbiyyat, riyaziyyat, ingilis dili, fizika fənlərindən V-XI siniflər üzrə kitabçalar nəşr edilib.

Djb.az xəbər verir ki, bunu Axar.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə XI siniflər üzrə test kitabçasının çap edilməməsiylə bağlı təhsil eksperti Kamran Əsədovun iddialarına cavab olaraq deyib.


O bildirib ki, DİM-də 2012-ci ildən başlayaraq, yeni təhsil proqramları (kurikulumlar) əsasında imtahan fənlərindən siniflər üzrə kitabçalar nəşr edilir:


“Həmin kitabçalarda buraxılış və qəbul imtahanlarında istifadə edilən tapşırıqlara dair kifayət qədər nümunələr verilib. Nümunələr qapalı və açıq tipli, o cümlədən cavabları yazı ilə ifadə edilən tapşırıqlardan ibarətdir. Abituriyent jurnallarında da tapşırıq nümunələri dərc olunub. 2018-2019-cu tədris ilində Azərbaycan dili, rus dili, ədəbiyyat, riyaziyyat, ingilis dili, fizika fənlərindən V-XI siniflər üzrə kitabçalar nəşr edilib. Bununla yanaşı, Azərbaycan dili, ingilis dili, fransız dili, alman dili, ərəb dili, fars dili və rus dili (xarici dil kimi) fənlərindən vəsaitlər də çap edilib. Digər fənlər (tarix, coğrafiya, kimya, biologiya, “литература”) üzrə kitabçalar V-X siniflər üzrə çap edilib, XI sinif üzrə kitabça və vəsaitlər isə çapa təqdim edilib”.


Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov ali məktəblərə qəbul imtahanlarına bir aydan da az qalmasına baxmayaraq, DİM-in XI siniflər üzrə test kitabçası çap etmədiyini və buna qədər fənlər üzrə çap edilən test banklarının yeni qəbul qaydalarına 60 faiz uyğun olmadığını bildirilib.

Oxunub: 878
Oxşar xəbərlər
SON XƏBƏRLƏR