dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda 22 yaşlı müəllim məktəbdə öldü

Bakıda 22 yaşlı müəllim məktəbdə öldü
Bir neçə gün əvvəl Bakı şəhər Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə faciəvi hadisə baş verib.

Məktəbin fiziki tərbiyə müəllimi 22 yaşlı Əliyeva Gülnar Balarza qızı qəfil vəfat edib. Belə ki, məktəbdə olarkən gənc müəllimin halı pisləşib və təcili yardım çağırılıb. Tibbi yardım briqadası Gülnar Əliyevanın təzyiqinin kəskin düşdüyünü və infarkt ehtimalının yüksək olduğunu bildirib. Bir qədər sonra müəllim keçinib.

Qeyd edək ki, orta məktəbdə G.Əliyevanın ölümü ilə bağlı guşə yaradılıb və şagirdlər sevimli müəllimlərinə vida sözlərini yazaraq həmin guşayə qoyublar.
Məktəb rəhbərliyi şagirdlərin yazdığı məktubları vəfat edən müəllimin ailəsinə vermək qərarına gəlib.

Allah rəhmət eləsin!
publika.az

Oxunub: 741
Oxşar xəbərlər
SON XƏBƏRLƏR