» » Bakı Ali Neft Məktəbində 2-ci karyera sərgisi keçirilib

Bakı Ali Neft Məktəbində 2-ci karyera sərgisi keçirilib

Bakı Ali Neft Məktəbində 2-ci karyera sərgisi keçirilib

"ASAN Könüllülük” Məktəbinin “ASAN kadr” karyera mərkəzi və Bakı Ali Neft Məktəbinin birgə əməkdaşlığı ilə 2-ci karyera sərgisi keçirilib.

ONA-nın xəbərinə görə, gənclərin məşğulluğunun artırılmasına yönəlmiş karyera sərgisində vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edilib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, sərgidə ümumilikdə 80 müəssisə təmsil olunub.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev deyib ki, mütəmadi keçirilən karyera sərgisinin əsas məqsədi ASAN könüllüsü olmuş, savadlı və bacarıqlı gənclərin məşğulluq imkanlarını artırmaqdır: “Bu məqsədlə yaradılan “ASAN Kadr” karyera mərkəzi 1100-dən çox ASAN könüllüsünün işlə təmin olunmasına bilavasitə dəstək göstərib".
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031