dini radikalizm və ekstremizmlə mübarizə

Məkbəqədər təhsil müəssisələrinə yeni tələblər qoyulub

Məkbəqədər təhsil müəssisələrinə yeni tələblər qoyulub

Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan məktəbəqədər təhsil müəsisələrinin tərbiyəçi-müəllim heyətinin tərkibində Azərbaycan vətəndaşları sayca üstünlük təşkil etməlidir.

ONA-nın məlumatına görə, bu, “Məktəbəqədər təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, yeri kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər.

İndiyə qədər məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazanın, təhsil proqramlarının, kadr potensialının, maliyyə ehtiyatlarının və təhsil infrastrukturunun, “Təhsil haqqında” qanuna və məktəbəqədər təhsilin dövlət standartlarına uyğunluğunu müəyyən etmək məqsədi ilə aparılıb. Dəyişikliyə əsasən, məktəbəqədər təhsl müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsl standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılacaq və təsil müəssisəsinin statusunun, təsilalanlrın say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müdətəd uzadılması üçün hüquqi təminat yaradacaq. Təhsil müəssisəsinin akkreditasiyaı hər 5 ildən bir həyata keçiriləcək.

Oxunub: 641
Oxşar xəbərlər
SON XƏBƏRLƏR