dini radikalizm və ekstremizmlə mübarizə

Martın 17-də keçiriləcək imtahan üçün buraxılış vərəqələrinin çapına başlanılıb

Martın 17-də keçiriləcək imtahan üçün buraxılış vərəqələrinin çapına başlanılıb

Martın 17-də keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərin imtahana buraxılış vərəqələrinin çapına başlanılıb.

Dövlət İmtahan Mərkəzindən ONA-ya verilən məlumata görə, həmçinin təhsil müəssisələri bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Martın 17-də Mingəçevir şəhərində, Ağcabədi, Ağdaş, Ağstafa, Balakən,Beyləqan, Cəlilabad, Füzuli, Gədəbəy, Göyçay, Hacıqabul, İsmayılllı, Lerik,Masallı, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Qusar, Salyan, Siyəzən, Şəmkir,Tovuz, Ucar, Xızı, Xocavənd, Yardımlı, Zaqatala rayonlarında, həmçinin, Bakı şəhərində yerləşən internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, cəzaçəkmə müəssisələrində olan məktəblərdə və Çilov adasında yerləşən məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.



Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Oxunub: 665
Oxşar xəbərlər
SON XƏBƏRLƏR