» » Bakıda uşaq bağçalarına qəbulla bağlı yenilik - Elektronlaşdırıla bilər

Bakıda uşaq bağçalarına qəbulla bağlı yenilik - Elektronlaşdırıla bilər

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi və digər məsələlərə həsr olunmuş seminar-müşavirə keçirilib.

İH-dən Open.az-a verilən məlumata görə, müşavirəyə sədrlik edən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib ki, hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar nəticəsində paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilərək onların əsaslı təmiri ilə bağlı tədbirlər hazırlanır.

O, həm də paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prossesi zamanı mövcud təlimatlara, metodiki göstərişlərə, gün rejimi normalarına, tədris proqramlarının tələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması, onlarda vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, fiziki tərbiyə məşğələlərinə, xüsusilə səhər gimnastikasının keçirilməsinə və s. məsələlərə toxunub və bildirib ki, şəhər rəhbərliyi tərəfindən bu müəssisələrin fəaliyyəti və buradakı bütün məsələlər ciddi nəzarətə alınıb və bütün sahələr üzrə yeniliklər və islhatların aparılması planlaşdırılıb.

Həmçinin məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ halların aradan qaldırılması, burada şəffaflığın təmin olunması ilə bağlı bağçalara qəbulun elektronlaşdırılması nəzərdə tutulub. Şəhərimizdəki bəzi bağçalarda məcburi köşkünlərin məskunlaşması ilə bağlı yaranan problemlər, gələcəkdə uşaq bağçalarına olan tələbatın ödənilməsi üçün görülən əlavə tədbirlər barədə məlumat verilib.

Toplantıda bağçaların fəaliyyətində bir sıra müsbət və mənfi məqamları əks etdirən video film nümayiş etdirilib.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31