dini radikalizm və ekstremizmlə mübarizə

Biləsuvar rayonunda “Məktəbdaxili qiymətləndirmənin səmərəliliyinin artırılması” layihəsi uğurla sona çatıb

27 avqust – 27 noyabr 2018-ci il tarixlərində Biləsuvar rayonunda “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”nin “Tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması li” kateqoriyası üzrə həyata keçirilən “Məktəbdaxili qiymətləndirmənin səmərəliliyinin artırılması” layihəsi uğurla sona çatmışdır.

Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi, məktəblərdə Qiymətləndirmə qrupu yaradaraq məktəbdaxili qiymətləndiməni müstəqil qurum kimi onlar tərəfindən aparmağa nail olmaqla şagirdlərin həmin vaxt üçün real nəticələrinin hansı səviyyədə olduqlarını aşkara çıxartmaq idi.

Layihənin öncəki fəaliyyətləri zamanı pilot olaraq Biləsuvar rayonunun 6 məktəbinin Azərbaycan dili və ədəbiyyatı və riyaziyyat müəllimlərindən ibarət Qiymətləndirmə qrupu formalaşdırılmış və onlara ilkin təlimlər təşkil olunmuşdur. Təlimlərdən sonra Biləsuvar rayonu üzrə seçilmiş 6 məktəbin 9-cu sinif şagirdlərinin (400 nəfər) riyaziyyat və Azərbaycan dili və ədəbiyyat fənləri üzrə ümumi ilkin diaqnostik qiymətləndirilməsi həyata keçirilmişdir. Bu qiymətləndirməni yenicə formalaşmış Qiymətləndirmə qrupu həyata keçirmişdir. Qiymətləndirmə zamanı zal nəzarətçiləri qismində isə təcrübələrə uyğun olaraq qeyri-fənn müəllimlərindən istifadə olunmuşdur. Nəzarətçilər ilə (20 nəfər) 1 gün öncə təlim də keçirilmişdir ki, bu da imtahan zamanı hər bir şagird üçün eyni imtahan şəraitinin yaradılmasına yardımçı olmuşdur.

İmtahanlar keçirildikdən dərhal sonra Qiymətləndirmə qrupu şagirdlərin nəticələrini yoxlamağa başlamışlar. Nəticələrin yoxlanılması qrupa daxil olan bütün müəllimlərin iştirakı ilə aparılmışdır. Bu zaman həmin müəllimlərin şagirdlərin nəticələrinin şəffaf şəkildə yoxlaması üçün əvvəlcədən şagirdlərin adları kodlaşdırılmışdır. Bu da yoxlayıcı qrupun işinin bitərəf və şəffaf olmasının təminatçısı olmuşdur, yəni qrup üzvləri hər hansı nəticənin hansı şagirdə aid olduğundan bixəbər olmuşlar. Kodların açılışı yalnız layihə rəhbəri – qrup liderində var idi. Onu da qeyd edək ki, bu növ qiymətləndirmə 9-cu sinif şagirdlərinin real nəticələrini ortaya çıxartmaqda kömək olmuş və bunun köməyilə də onların buraxılış imtahanlarında yüksək nəticələr göstərmələrinə zəmin yaratmışdır.

Qiymətləndirmənin nəticələri bəlli olduqdan sonra nəticələrin təhlil edilməsinə start verilmişdir. Təhlil zamanı ilk olaraq ən çox səhv cavablandırılmış, ən çox doğru cavab verilmiş və ən çox imtina verilmiş suallar araşdırılmışdır. Həmçinin şagirdlərin hansının daha çox cavab kartının doldurmasında səhvlər buraxdığı da araşdırılmışdır. Təhlillər bitdikdən sonra isə hər məktəb və sinif üzrə yazılı tövsiyyələr hazırlanaraq məktəblərə təqdim olunmuşdur. Gələcəkdə həmin sinif və şagirdlər ilə tədrisin yüksək səviyyədə qurulmasında bu tövsiyyələrin köməyindən istifadə olunacaqdır.

Yuxarıda qeyd olunan bütün fəaliyyətlər bitdikdən sonra layihənin idarə heyətinin köməyilə layihənin hesabatının verilməsi üçün işlərə start verilmişdir.

Tural Nəsirov

Biləsuvar rayonunda “Məktəbdaxili qiymətləndirmənin səmərəliliyinin artırılması” layihəsi uğurla sona çatıb
Biləsuvar rayonunda “Məktəbdaxili qiymətləndirmənin səmərəliliyinin artırılması” layihəsi uğurla sona çatıb

Oxunub: 906
Oxşar xəbərlər
SON XƏBƏRLƏR