» » Bakıda Beynəlxalq Konfrans başlayıb - Tədbirə 10 ölkənin alimləri qatılıb

Bakıda Beynəlxalq Konfrans başlayıb - Tədbirə 10 ölkənin alimləri qatılıb

Bakıda Azərbaycan Texniki Universiteti və Rusiya Federasiyası Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Ölçmə və keyfiyyət: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-texniki konfrans başlayıb.

ATV.az xəbər verir ki, üç gün davam edəcək konfransda Türkiyə, ABŞ, Rusiya, Almaniya, Polşa, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus və Qazaxıstandan alimlər iştirak edir. Konfransda Azərbaycanda ölçmə və keyfiyyətə nəzarət sahəsində qazanılan nailiyyətlərdən bəhs edlib, bu sahədəki problemlər və perspektivlər iştirakçıların diqqətinə çatdırılıb.
Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930