» » “Orta ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması yekunlaşdı

“Orta ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması yekunlaşdı

  • 22-11-2018, 11:29
  • tehsil
  • 119
Milli Məclisin Elm və təhsil komitəsi tərəfinfən “Orta ümumi təhsil haqqında” yeni qanun layihəsi tam olaraq hazırlanıb.

Bu barədə Modern.az-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Komitə sədri bildirib ki, “Orta ümumi təhsil haqqında” yeni qanun layihəsi Azərbaycanda orta ümumtəhsil məktəblərinin fəaliyyətinin tənzimlənməsinə və ən müasir tələblər əsasında istiqamətləndirilməsinə imkan verir:

“Yaxın günlərdə Elm və təhsil komitəsinin iclasında “Orta ümumi təhsil haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu, komitənin hazırladığı sayca 4-cü yeni qanun layihəsidir. Artıq Milli Məclisin Elm və təhsil komitəsi və Təhsil Nazirliyinin ekspertləri “Ali təhsil haqqında” qanun layihəsini hazırlamaq istiqamətində iş aparır. Hesab edirəm ki, Milli Məclisin 2019-cu il yaz sessiyasında “Orta ümumi təhsil haqqında” yeni qanun layihəsi qəbul oluna bilər”.
Oxşar xəbərlər
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30