» » Orta məktəblər üçün növbəti dərs ilinin tətil günləri müəyyən edilib

Orta məktəblər üçün növbəti dərs ilinin tətil günləri müəyyən edilib

Orta məktəblər üçün növbəti dərs ilinin tətil günləri müəyyən edilib
Ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinin tətil günləri müəyyən edilib.

“Report” xəbər verir ki, təhsil nazirinin imzaladığı müvafiq əmrə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

Bundan başqa, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

5 gün payız tətili (16-20 noyabr);

5 gün qış tətili (27-31 yanvar).

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).
Oxşar xəbərlər
«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930