» » Vergi orqanlarına işə qəbulla bağlı test imtahanı keçirilib

Vergi orqanlarına işə qəbulla bağlı test imtahanı keçirilib

  • 26-05-2018, 16:15
  • tehsil
  • 221
Vergi orqanlarına işə qəbulla bağlı test imtahanı keçirilib
Bu gün Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarında işə qəbulla bağlı test imtahanı keçirib.

Bu barədə “Report”a Nazirliyin Media və kommunikasiya mərkəzindən məlumat evrilib.

Qeyd edək ki, 2017-ci il dekabrın 1-də dövlət vergi orqanlarına işə qəbul üzrə növbəti müsabiqə elan edilib. Müsabiqə elanı KİV-də, o cümlədən Vergilər Nazirliyinin rəsmi internet saytında, habelə sosial şəbəkələrdə yerləşdirilərək ictimaiyyətə açıq elan edilib. Elanda sənəd qəbulu, müsabiqənin keçirilməsi şərtləri və qaydaları barədə ətraflı məlumat öz əksini tapıb. Müsabiqə üzrə ilkin sənəd qəbulu 5-30 dekabr 2017-ci il tarixlərdə aparılıb. Lakin müsabiqə prosesində bir sıra yeniliklərin tətbiqinin nəzərdə tutulması, habelə sonradan yaranmış vakant vəzifələrin təhlili sənəd qəbulu müddətinin artırılması zərurətini yaradıb. Qeyd edilənləri nəzərə alaraq, 30 aprel - 9 may tarixlərində müsabiqə üzrə əlavə sənəd qəbulu elan edilib.

Müsabiqədə iştirakla bağlı 1731 nəfər vətəndaş müraciət edib, onlardan vakant vəzifələrin tələblərinə uyğun olan 1517 nəfəri namizəd qismində müsabiqədə iştiraka buraxılıb.

Müsabiqə test imtahanı və müsahibə olmaqla iki mərhələdən ibarət keçirilir.

Müsabiqənin test imtahanı zamanı namizədlərin biliklərinin daha effektiv qiymətləndirilməsi məqsədi ilə test tapşırıqlarının tərtibində istifadə edilən ədəbiyyat siyahısından ibarət test proqramı nəzərdən keçirilərək yenilənib. İnformatika və məntiq test bloklarının namizədlərin bilik və bacarıqlarının yoxlanılmasında rolunun gözlənilən səviyyədə olmadığı nəzərə alınaraq, həmin bloklar test imtahanından çıxarılıb, onların yerinə Vergi Məcəlləsinin xüsusi hissəsi və digər aidiyyəti qanunvericilik sahəsi üzrə namizədlərin biliklərinin tətbiqi bacarıqlarının və analitik təhlil qabiliyyətlərinin yoxlanılması məqsədi ilə məsələ – kazus tipli test tapşırıqlarının sayı artırılıb.

Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmağına imkan yaratmaq məqsədi ilə test imtahanı üzrə ədəbiyyat siyahısı Nazirliyin internet saytı vasitəsi ilə namizədlərə çatdırılıb.

İmtahanın nəticələri Nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə açıq elan ediləcək.

Qanunvericiliyə uyğun olaraq test imtahanında uğur qazanmış namizədlər müsahibənin ikinci mərhələsinə – müsahibəyə buraxılacaqlar. Müsahibələrdə namizədlərin müvafiq sahədə bilikləri və onları tətbiq etmək bacarıqları, ümumi dünyagörüşü yoxlanılır. Müsahibələrdə şəffaflığın təmin edilməsi üçün müsahibə kollegial şəkildə – Müsabiqə Komissiyası tərəfindən aparılır, müsahibələrdə audio-video çəkilişdən istifadə edilir. Müsahibənin nəticələri Nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə açıqlanır.

Müsahibədə uğur qazanan namizədlər dövlət vergi orqanlarının ehtiyat kadrlar siyahısına daxil ediləcək və onların vakant vəzifələrə təyinatı üzrə müvafiq tədbirlər görüləcək.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930