» » IX sinif şagirdlərinin buraxılış imtahanının birinci mərhələsinin nəticələri elan olunub

IX sinif şagirdlərinin buraxılış imtahanının birinci mərhələsinin nəticələri elan olunub

IX sinif şagirdlərinin buraxılış imtahanının birinci mərhələsinin nəticələri elan olunub
Dövlət İmtahan Mərkəzi martın 4-də Bakı, Şirvan, Naxçıvan, martın 11-də isə Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.

DİM-dən "Report"a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər (75090 nəfər) DİM-in internet saytına daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Şagirdlər öz yazı işləri, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdirlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

Qeyd edək ki, buraxılış imtahanının birinci mərhələsində şagirdlərə ana dili fənnindən 10 açıq və 10 qapalı, riyaziyyat fənnindən 10 açıq tipli olmaqla ümumilikdə 30 tapşırıq təqdim olunur. Bu mərhələdə Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Balların hesablanması qaydasına görə şagirdlərin Azərbaycan (rus) dili fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqların hər biri 1 balla qiymətləndirilir. Riyaziyyat fənni üzrə isə açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 10-11 və 14-16 may 2018-ci il tarixində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 3-4 və 7-8 may tarixlərində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Qeyd edək ki, martın 18-də və aprelin 15-də keçirilmiş imtahanların yazı işləri üzrə nəticələri də yaxın günlərdə elan olunacaq.

İnşaların (esselərin) yoxlanılması prosesi isə davam edir buraxılış imtahanlarının ikinci mərhələsi keçirilənədək onların da nəticələri elan olunacaq.

Apelyasiya Komissiyası Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
AYDIN`ULUSOY-un`Baxış`bucağı
AYDIN`ULUSOY-un`Baxış`bucağı
İnsanlar uzun illər yatacaqlar - Rusiyadan SENSASİYALI ARAŞDIRMA Rusiyalı elm adamları uzunmüddətli planetlərarası uçuşlar Читать далее
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
Türkmənlərin Bakıya axını: hamam dəsmalı satıb dollar aparırlar Son bir neçə aydırtürkmənlərinBakıya axını başlayıb. Читать далее
NURAY DƏNİZ-in Maraq otagı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otagı silsiləsindən
Valideynlər! Bu yazıya DİQQƏT EDİN! Uzun illərdir insanlar üzərində aparılan təcrübələr, vurulan peyvəndlər barədə məqalələr Читать далее
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
Azyaşlı 2 qızı zorlandı, İŞİD üzvünə ərə verildi, dəfələrlə... - Bakı sakininin Suriya DƏHŞƏTİ Bakı sakini Pərvanə Читать далее
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031