dini radikalizm və ekstremizmlə mübarizə

Prezident İlham Əliyev Təhsil Nazirliyinə 5 milyon 56 min manat ayırıb

Prezident İlham Əliyev Təhsil Nazirliyinə 5 milyon 56 min manat ayırıb
Prezident İlham Əliyev Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında cəmi 956 şagird yerlik modul tipli 15 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 056 000 manatı Təhsil Nazirliyinə ayrılsın.

Oxunub: 897
Oxşar xəbərlər
SON XƏBƏRLƏR