» » Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib
Bu gün bütün şəhər və rayonlarda Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bilik yarışında 33 mindən çox şagird iştirak edib.

Bakı şəhərində 14 müxtəlif mərkəzdə keçirilən olimpiadaya 6000-dən çox, Naxçıvan MR-dən isə 700-yə yaxın şagird qatılıb. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib. Yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub.

Qeyd edək ki, fənn olimpiadaları rayon (şəhər) və Respublika mərhələsi olmaqla iki mərhələdən, Respublika mərhələsi isə öz növbəsində yarımfinal və final tur olmaqla iki mərhələdən ibarətdir. Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən yüksək nəticə göstərən şagirdlər mart ayında təşkil ediləcək olimpiadanın Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarının nümayiş etdirmələrinə imkan yaratmaqdan ibarətdir.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031