» » Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor-Əminağa SADIQOV

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor-Əminağa SADIQOV

  • 26-01-2018, 19:56
  • tehsil
  • 498
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor-Əminağa SADIQOV
Əminağa Sadıqov 18 dekabr 1962-ci ildə Lerik rayonunun Blaband kəndində anadan olmuşdur. 1980-ci ildə Bakı şəhərində 1 saylı respublika fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirmişdir. Həmin il Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1985-ci ildə adı çəkilən Universiteti bitirmişdir. 1992-ci ildə həmin Universitetdə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda “Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər və informasiya texnologiyaları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını almışdır. 2 may 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Ana dilindən başqa rus, ingilis, ukrain və türk dillərini bilir.

Akşin Mistanlı (Əliyev)
İlkin Əzizli
Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930