» » UNEC-də qış imtahan sessiyasına hazırlıq

UNEC-də qış imtahan sessiyasına hazırlıq

UNEC-də qış imtahan sessiyasına hazırlıq
UNEC-də 2017/18-сi tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə edilib.

UNEC-in rektorunun sədrliyi ilə keçirilən toplantıda aidiyyatı struktur bölmələrin rəhbərləri və UNEC İctimai Nəzarət Şurasının sədri, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev iştirak edib.

Rektor, professor Ədalət Muradov tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesindəictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyinə diqqət çəkərək, bu il də ötən illərdə olduğu kimi qış imtahan sessiyasına nəzarətin UNEC İctimai Nəzarət Şurasına həvalə edildiyini bildirib.

Şura üzvləri təhsil sahəsində fəaliyyət göstərən hər hansı QHT-nin iqtisadyönümlü ixtisas fənləri üzrə yazılı keçirilən imatahanlar ilə əlaqədar anonim sorğu keçirilməsini təşkil edəcəklər. Sessiya dövründə UNEC-in rəhbərliyinin iştirakı olmadan Şura üzvləri “Açıq qapı”lar keçirərək, tələbə və valideynlərin müraciətlərini dinləyəcəklər. Eyni zamanda, sessiyanın yekunlarına dair müzakirələri də onlar aparacaqlar.

Bundan başqa, bütün fakültələrdə dekanların sədrliyi ilə imtahan komissiyası yaradılacaq. Komissiya sessiya müddətində yaranan problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edəcək, əsaslı apellyasiya ərizələri ilə əlaqədar tabeli kafedralarda yol verilən nöqsanların aradan qaldırılması sahəsində zəruri tədbirlər görəcək. Tələbələrin sorğuları operativ olaraq “UNEC imtahan” Facebook səhifəsi ilə də cavablandırılacaq.

Sessiya dövründə tələbə və valideynlərin imtahanların gedişi ilə bağlı suallarını rektora da ünvanlamaq imkanları olacaq. Belə ki, UNEC-in rektoru yanvarın 12-də Radio UNEC-in canlı efirində qonaq olacaq.

Sessiya dövründə 146-1-3 “Qaynar xətt” xidməti ilə yanaşı, bütün tədris binalarında imtahan qərargahları da fəaliyyət göstərəcək. Tələbələrin imtahanlara daha rahat hazırlaşması üçün hər tədris binasında internet ilə təchiz edilən xüsusi auditoriyalar ayrılacaq və oxu zallarının iş saatı uzadılacaq.
UNEC-də qış imtahan sessiyasına hazırlıq
UNEC-də qış imtahan sessiyasına hazırlıq
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031