» » İbrahimov Aslan Mikayıl oğlu

İbrahimov Aslan Mikayıl oğlu

İbrahimov Aslan Mikayıl oğlu

Lənkəran rayonunun tanınmış ziyalılarından biri də,İbrahimov Aslan Mikayıl oğludur.İbrahimov Aslan Mikayıl oğlu 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur.O,1978-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsini bitirib.
İbrahimov Aslan İbrahim oğlu Lənkəran şəhər 3 və 9 saylı tam orta məktəbində tarix-ictimaiyyət fənni üzrə müəllim işləmişdir.O,1979-1980-cı illərdə SSRİ-nin Amur vilayətində hərbi xidmətdə olub.Aslan İbrahimov 1984-cü ildən Lənkəran şəhər 8 saylı tam orta məktəbinin direktoru vəzifəsində işləmişdir.
Məktəb direktoru vəzifəsində çalışdığı illərdə məktəb kollektivinin,rayon təhsil işçilərinin və rayon İcra aparatı işçilərinin və rayon rəhbərliyinin dərindən hörmətini qazanmışdır.İşlədiyi müddətdə müəllim-şagird,müəllim-valideyin prinsiplərinin təşkilində və tənzimlənməsində böyük işlər görmüşdür.Bu işlərə görə dəfələrlə təhsil sahəsində əvəzsiz xidmətlərinə görə təşəkkürlər almışdır.
Elə bu səbəbdən də Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 24 noyabr 2017-ci il tarixli,10-47\641 saylı əmri ilə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.İkinci dərəcəli dövlət qulluqçusudur.
İbrahimov Aslan Polşa respublikasının Krakov şəhərində,Rusiya Federasiyasının Moskva və Rostov şəhərlərində təcrübə mubadiləsində və təlimlərdə iştirak etmişdir.
,,Azərbaycan Respublikasının qabaqçıl təhsil işçisi,, döş nişanı və müxtəlif fəxri fərmanlarla təltif olunmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.Ailəlidir və 3 övladı var.

Tarixçi-tədqiqatçı : Aqşin Mistanlı (Əliyev)
İbrahimov Aslan Mikayıl oğlu
İbrahimov Aslan Mikayıl oğlu
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031