» » Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı...

Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı...

Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı...
Dünya təhsil sistemində universitet rektorları ilə tələbələr arasında olduqca səmimi münasibət mövcuddur. Bu faktı xaricdə, xüsusən də Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr də təsdiq edirlər. Rektorların tələbələr üçün əlçatan olması isə təhsilin inkişafına təsir edən amillər sırasına daxildir desək, yəqin yanılmarıq.
Görəsən Azərbaycan universitetlərində rektorların tələbələrlə münasibəti necədir? Və onların şikayətləri necə həll olunur? Onlar tələbələr üçün əlçatandırlarmı? Tələbələr öz rektorları ilə görüşə bilirlərmi?

Modern.az-ın “Tələbələr rektor barədə” rubrikasında ayrı-ayrı universitetdə təhsil alan tətləbələrin öz rektorları barədə fikirlərinə yer verilir.

Ötən dəfə Sumqayıt Dövlət Universitetinin tələbələri öz rektorları haqda fikir söyləmişdilər. Bu dəfə Azərbaycanda rəsmi olaraq ilk özəl ali məktəb sayılan Xəzər Universitetinin tələbələri arasında sorğu keçirdik.

Qeyd edək ki, hazırda Xəzər Universitetinin rektoru vəzifəsini Həsən Niknafs daşıyır. Lakin sorğuda iştirak edən tələbələrin əksəriyyəti Həsən Niknafsı müvəqqəti hesab edir. Onun barəsində heç bir fikirdə olmadıqlarını və tam olaraq tanımadıqlarını qeyd edib, sualları Hamlet İsaxanlı haqqında cavablandırıblar.

Hamlet İsaxanlı 1991-2010-cu illər ərzində Xəzər Universitetində rektor vəzifəsini icra edib. Hazırda isə Xəzər Universitetində Direktorlar və Qəyyumlar Şurasının sədri kimi fəaliyyət göstərir.

Beləliklə, universitetin təsisçisi professor Hamlet İsaxanlıya münasibətdə tələbələrin fikirlərini təqdim edirik:

Regionşünaslıq fakültəsində təhsil alan Vüsal İsmayılov rektorun tələbələrlə ünsiyyətinin şahidi omadığını qeyd edib:
“Ünsiyyətdə olmamışam. Açıq desəm, tələbələrlə də ünsiyyətinin şahidi olmamışam. Lakin qeyd edim ki, mənim ətrafım biraz oxumağa meylli tiplər deyil, bəlkə də onun üçün görməmişəm”.

Təhsil fakültəsinin tələbəsi Humay Şəbiyeva universitetlərdəki bu vəziyyəti orta məktəblərdə direktor-şagird münasibətləri ilə eyni hesab edir :
“Axırıncı dəfə rektoru tələbələrə məlumatverici tədbirdə görmüşəm. Ümumiyyətlə isə əgər hansısa tələbənin problemi varsa, həmişə onlara dəstək olur. Səhv etməsəm, rektorun qəbulu üçün yazılmağa ehtiyac yoxdur. Rektor hər çıxışında da tələbələrə ehtiyacları olduqları halda mütləq müraciət etməklərini tapşırır.Ancaq əcnəbi ölkələrə gəldikdə isə müəllimlər də, rektorlar da tələbələrlə çox yaxın münasibət qururlar. Mənim fikrimcə, ele də olmalıdır... Azərbaycanda isə bu şərait mümkün deyil. Qısacası, bizim ölkədə əzəldən belədi. Orta məktəblərdə direktorla vəziyyət necədirsə, universitetlərdə də eynilə. Xaricdə bizim vəzifəli adamlar kimi özlərini “yuxarıdan aparmırlar”, sadə insanlar kimi davranırlar”.

Nizami Əliyev, Tərcümə fakültəsi: “Rektora problemim olanda müraciət etmişəm və nəticəsi yaxşı olub”.

Toğrul Nəbiyev, İqtisadiyyat və menecment fakültəsi:
“Bizim universitetin sahibi Hamlet müəllimdir, yəqin ki bilirsiniz. O özü, demək olar ki, hər gün müəyyən saatlarda canteen-də olur. Tələbələrlə söhbətləşir. Hələ ki heç bir problemim olmadığından müraciət etməmişəm. Amma başqa bir qrup yoldaşım öz layihələrini göstərmək üçün müraciət edib. Tam səmimi qarşılanıb”.

İqtisadiyyat və menecment fakültəsinin tələbəsi Püstə Əliyeva rektorla ünsiyyətdə olmadığını deyib: “Düzünü desəm, rektoru heç tanımıram. O ki qaldı xaricdəki kimi mənimlə çay içsin, problemimi həll etsin...”.


Magistraturada təhsil alan Məhəmməd Mustafayev qeyd edir ki, ona arayış lazım idi, işlədiyini bilib, arayışı kuryerlə əsas binadan magistrin çalışdığı binaya göndərib:
“Bizdə də bu məsələlər xarici təcrübə ilə eyni qaydadadır. Bir neçə həftə öncə rektor tələbələrlə görüşmüşdü, sadəcə işdən vaxtım olmadığı üçün qatıla bilmədim. Növbəti aylarda bizim korpusa yenidən gələcəyi deyilib. Universitet iki binalıdır, mən əsas binada yox, 2 saylıda oxuyuram, amma tanış tələbələrin heç birindən rektor barədə mənfi rəy eşitməmişəm. İdarə baxımdan da tələbənin çətinliyi olsa, anında baxırlar.
Deyilənlərə görə, ildə bir neçə dəfə gəlib tələbələrlə maraqlanır. Hələ ki, ilk semestrimdi, ümid edirəm irəlidə rekoru görərəm. O insanla qarşılaşmağı çox istərdim, çox maraqlı olardı”.

Cəmalə Kazımova, Tərcümə fakültəsi:

“Nə isə bir problemimiz olsa, bunu prorektor və ya rektorun özünə deyə bilərik. Mənim elə bir problemim olmadığına görə, şəxsi ünsiyyətdə olmamışam. Biz əsas binada oxumuruq deyə, rektoru yalnız akt zalında görüşlər keçirildikdə görə bilirik”.

İqtisadiyyat və Menecment fakültəsində təhsil alan Fərid Əliyev qeyd edir ki, istədiyi vaxt rektorun qapısını döyüb, içəri keçə bilər:

“Hamlet İsaxanlı günün müəyyən saatında yeməkxanaya düşüb orada tələbələrlə söhbətləşir, onların problemlerini həll edir. Demək olar ki, hətta liftdə belə, Hamlet müəllimlə bir getmək mümkündür. Mənim bir neçə dəfə prorektorla gorüşüm olub. İndi mənim astrofizikada və riyazi analizdə kəşflərim var. Onun üstündə işləyirəm, tam hazır olandan sonra Hamlet İsaxanlı ilə üz – üzə görüşüm olacaq. Rektorun qəbuluna yazılmaq, müraciət etmək də əlçatandır”.

Humanitar və Sosial elmlər fakültəsinin tələbəsi Sahib Hacızadənin sözlərinə görə, Xəzər Universitetində də eynilə xarici universitetlərdə olduğu kimi, səmimi ünsiyyət mövcuddur.

“Ehtiyac olmayıb deyə ünsiyətdə olmamışam. Amma lazım gələndə tələbələrlə görüşür. Bir dəfə keçid ballarının qalxması ilə bağlı görüş olmuşdu. Hamlet müəllimin arada gəlib kitabxanada oturub, bizlə kitab oxuduğu da olur. Rəqs qrupu ilə birgə Türkiyəyə getmişdi. Bizdə hansı tələbədən soruşsanız, rektor kimi, yəqin ki, 90% Hamlet müəllimi deyəcək. Həsən müəllim formal olaraq rektordur”.

Tələbələrin prof. Həsən Niknafs haqqında fikirləri:


Aydan Cəfərli, Təhsil fakültəsi:

“Bizim rektor 2 ildir ki dəyişib, yenisi ilə (prof. Həsən Niknafs) ünsiyyətim heç olmayıb. Gördüklərimdən deyim ki, bir seminarda tələbələrlə mehriban davrandığının şahidi olmuşdum, yəni tələbədi deyib küçümsəmir. Problem olduqda isə otağındadı və vaxtı varsa, yanına keçmək mümkündür”.

Tunar Abdulxaliqov, Humanitar və sosial elmlər fakültəsi:

“Şəxsi ünsiyyətim olmayıb. Sözün açığı, qane edən və etməyən tərəfləri də var. Qane etməyən tərəfi odur ki, semestr balının hələ də 60-dan 51-ə endirilməməsidir ki, bu məsələ dəfələrlə müzakirə olunsa da, güzəştə getmədi. Şəxsən isə tələbələrlə ünsiyyətinin şahidi olmamışam”.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031