» » Dövlət İqtisad Universitetinin rektoru yüksək bal toplayan tələbələrlə görüşüb

Dövlət İqtisad Universitetinin rektoru yüksək bal toplayan tələbələrlə görüşüb

  • 16-09-2016, 18:32
  • tehsil
  • 194
Dövlət İqtisad Universitetinin rektoru yüksək bal toplayan tələbələrlə görüşüb Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov qəbul imtahanında 700 bal toplayaraq UNEC-ə qəbul olan Şahbaba Məmmədovla görüşüb. Rektor yüksək nəticə əldə etməsi münasibətilə tələbəni təbrik edib, savadlı, bilikli gənclərin ölkənin fəxri olduğunu bildirib. Gənclərin nailiyyətləri ilə hamının qürur duyduğunu qeyd edən rektor, bu sahədə həm valideynlərin, həm də müəllimlərin böyük zəhməti olduğunu bildirib.
Sonra rektor yeni tədris ilində 600-dən yuxarı bal toplayaraq UNEC-ə qəbul olan tələbələrlə görüşüb. Tələbə adını qazanması münasibəti ilə I kursları təbrik edən rektor, UNEC-i seçdikləri üçün onlara təşəkkürünü bildirib, təhsillərində uğurlar arzulayıb. Ə.Muradov UNEC-in hədəflərindən söz açıb: "Prezident İlham Əliyevin qarşımıza qoyduğu əsas vəzifə İqtisad Universitetini dünya səviyyəli universitetə çevirməkdir”. Rektor UNEC-in son illərdə əldə etdiyi nailiyyətlərdən danışıb: “Regionun iqtisadyönümlü ən böyük təhsil ocağı sayılan, dörd dildə təhsil verən UNEC xaricdə filialı olan yeganə ali təhsil müəssisəsidir. Eyni zamanda, ölkədə İSO 9001:2008 “Keyfiyyəti idarəetmə sistemi” beynəlxalq sertifikatı olan ilk dövlət universitetdir. Burada tədrisin yeni keyfiyyət standartı olan “Elektron Universitet” modeli tətbiq edilir".
Rektor tələbələrə ikili diplom proqramları barədə məlumat verib. UNEC-in dünyanın 100-dən çox nüfuzlu universiteti ilə tələbə mübadiləsi həyata keçirdiyini qeyd edib. Bildirib ki, yeni tədris ilində UNEC-in 28 tələbəsi 6 ölkənin aparıcı universitetlərində təhsillərini davam etdirəcək.
Rektor bu il UNEC-ə yüksək balla qəbul olunan tələbələrin sayında ciddi yüksəliş qeydə alındığını bildirib: "Sevindirici haldır ki, bu il imtahanlarda 600 və daha yüksək bal toplayan 290 nəfər UNEC-i seçib. Bu rəqəm 2014-2015-ci tədris ilində 93, 2013-2014-cü ildə isə 49 nəfər olub. Yeni tədris ilində UNEC-ə qəbul olanların arasında 6 nəfər Prezident təqaüdçüsü var". UNEC-in təqaüd proqramlarından söz açan rektor bildirib ki, 600-dən yuxarı bal toplayaraq qəbul olunan hər bir tələbəyə tədris ilinin ilk semestrində 100 manat məbləğində əlavə təqaüd veriləcək. Bundan başqa, UNEC imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə əlaçı təqaüdü verəcək.
Ə.Muradov tələbələrə UNEC-də həyata keçirilən “Gənc müəllim” və “Gənc professorlar” layihələri barədə danışıb: "Son iki ildə UNEC-ə dünyanın nüfuzlu ali məktəblərinin məzunları olan 200-ə yaxın gənc cəlb edilib. Əminəm ki, onlar elmi-tədqiqat işlərinizdə sizə dəstək olacaqlar".
Rektor tələbələrə UNEC-in ictimai-sosial həyatında fəal olmağı tövsiyə edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Vüsalə Məmmədova
UNEC-in Marketinq və Kommunikasıya Departamenti
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031