» » Müəllim və valideynlərin nəzərinə!

Müəllim və valideynlərin nəzərinə!

Müəllim və valideynlərin nəzərinə!

Noyabrın 17-də paytaxtın Xəzər, Pirallahı və Sabunçu rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

SİA-nın xəbərinə görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 117 nömrəli tam orta məktəbdə (Ünvan: Binə qəsəbəsi, Məmmədhüseynov küçəsi 23) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930