» » DİM: Dövlət orqanları tərəfindən müsabiqəyə 990 vakant vəzifə təqdim olunub

DİM: Dövlət orqanları tərəfindən müsabiqəyə 990 vakant vəzifə təqdim olunub

DİM: Dövlət orqanları tərəfindən müsabiqəyə 990 vakant vəzifə təqdim olunub
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 noyabrda inzibati rəhbər vəzifələr olan AA, AB və AC, 17 dekabrda isə inzibati icraçı vəzifələr olan BA və BB vəzifə qrupları üzrə test imtahanları keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə DİM-in icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbula dair mətbuat konfransında bildirib. O deyib ki, test imtahanlarına qeydiyyat 7 noyabrda başlanıb: “Qeydiyyat AA, AB və AC vəzifə qrupları üzrə 17 noyabrda, BA və BB vəzifə qrupları üzrə isə 6 dekabrda başa çatacaq. Bütün vəzifə qrupları üzrə test imtahanı proqramları hazırlanıb və Mərkəzin internet portalında yerləşdirilib”.

V. Misirov qeyd edib ki, dövlət orqanları tərəfindən müsabiqəyə ümumilikdə 990 vakant vəzifə təqdim olunub: “Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 504 vakant vəzifə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 113 vakant vəzifə və Dövlət Statistika Komitəsi tərəfindən 122 vakant vəzifə müsabiqəyə təqdim edilib”.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930