» » Azərbaycanlı alim yeni Nobel mükafatçılarından danışdı- FOTOLAR

Azərbaycanlı alim yeni Nobel mükafatçılarından danışdı- FOTOLAR

Azərbaycanlı alim yeni Nobel mükafatçılarından danışdı- FOTOLAR

Dünən 2017-ci ilin ilk Nobel mükafatçılarının adları məlum oldu. Amerikalı alimlər Cefri Holl, Maykl Rosbaş və Maykl Yanq tibb nominasiyasında qrup halında ilin ilk Nobelinə sahibləndilər.

Djb.az Moderator.az-a istinadən xəbər verir ki, hazırda Almaniyada yaşayan azərbaycanlı alim Pərviz Əmiraslan yni mükafatçılar, onları Nobelə aparan elmi ideyaları və bir müddət öncə özünün də əldə etdiyi patent haqqında məlumat yayıb:

“2017-ci ilin tibb üzrə Nobel mükafatını üç ABŞ tədqiqatçısı - Jeffrey C. Hall, Michael Rosbash və Michael W. Young canlıların bioritmini nəzarət edən daxili saatın (yəni, bioloji saat) işlədilməsinə dair araşdırmaları üçün aldılar. Ancaq təbrik düşür. Mən başqalarını düşünmüşdüm. Amma, bu da maraqlı və böyük mükafata layiq idi.


Circadian təsirlə bağlı bir neçə il öncə bir böyük elmi qrupdan ibarət tədqiqat işi üçün elmi nəticə almışdıq və nəticə olaraq firma-daxili patent aldım. Firma-daxili patent registerdə yerləşdirilib. Hələlik, 8 il müddətinə qədər qalacaq, sonra yayımlanacaq. Yəni tətbiqinin üzərində işlərimiz davam edir. Bu haqda bir məqaləmdə qısaca vermişdim.

Biloji saata işığın rəngləri (fiziklər üçün işığın dalğa uzunluğunu göstərmək olar) və işığın seli ilə təsir etmək mümkündür. Bunu biz yox, bizdən öncə elmi cəhətdən sübut etmişlər. Bu nəticələrdən hal hazırda avtomobil sənayesində istifadə etmişik. Son zamanlarda tibb və fizika, kimya kimi fundamental elmi istiqamətlər texnikada geniş tətbiq tapır. Bu tətbiqi daha da sürətləndirməyə çalışırıq”.

Qeyd edək ki, Almaniyada çalışan azərbaycanlı alim Pərviz Əmiraslanov Braunşvayq Texniki Universitetində Honorar olaraq tələbə və aspirantlar üçün mühazirələr, elmi seminarlar, kolloqiumlar təşkil edir.
Azərbaycanlı alim yeni Nobel mükafatçılarından danışdı- FOTOLAR
Azərbaycanlı alim yeni Nobel mükafatçılarından danışdı- FOTOLAR
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031