» » Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI
“2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 46000-dən çox uşağın qəbulu proqnozlaşdırılırdı. Hazırda idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfində 46552 şagird təhsil alır”.

Bu barədə Modern.az-ın məktəblərdəki şagird sayı ilə bağlı sorğusuna cavab olaraq Bakı Şəhəri Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. İdarədən bildirilib ki, Bakı şəhərinin bəzi orta məktəblərində siniflərdə uşaqların sıxlığı müvafiq normadan artıqdır.

“Bu da paytaxtın bir sıra ərazilərində müşahidə olunan əhali artımı ilə bağlıdır. Ümumilikdə, Bakı şəhərində bütün siniflər üzrə ən çox sıxlıq 182, 179, 274, 149, 218, 255, 313, 322 nömrəli tam orta məktəblərdədir. Məktəblərlə bağlı şagird sıxlığı Bakının mərkəzindən çox, Bakıətrafı qəsəbələrdə daha artıq özünü göstərir. Qeyd edək ki, şagird sıxlığı əsasən Binəqədi, Sabunçu və Xəzər rayonlarında yeni salınmış yaşayış ərazilərində yerləşən məktəblərdə müşahidə olunur”.

Bakı Şəhəri Təhsil İdarəsindən bildirilib ki, son illərdə paytaxtda yeni məktəblər və əlavə tədris korpusları da inşa olunub.

“Bütün bunlar əhalinin demoqrafik vəziyyətindəki müsbət dinamika səbəbindən yaranan şagird sıxlığının aradan qaldırılmasına zəmin yaradır. Eləcə də birinci sinfə şagird qəbulunun elektron qaydada aparılması süni şagird sıxlığının tənzimlənməsinə imkan verir”.

BŞTİ görülən tədbirlər sayəsində qarşıdakı illərdə bu məsələlərin yaxşılığa doğru dəyişəcəyinə ümid edir.

“2017-2018-ci dərs ilinə hazırlıq çərçivəsində Bakı şəhəri üzrə bir sıra ümumi təhsil müəssisələrinin tikintisi və təmiri aparılıb. Paytaxtdakı 20 nömrəli məktəb-liseyin yeni binası inşa olub, 306 nömrəli tam orta məktəb üçün isə yeni binanın tikintisi davam etdirilir. 10, 74, 162, 201, 212 nömrəli tam orta məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir edilib. 171 nömrəli tam orta məktəbin qəzalı vəziyyətdə olan korpuslarında yenidənqurma işləri davam edir. 257, 67, 75 nömrəli tam orta məktəblər üçün yeni korpus tikintisi başa çatdırılıb. Daha 84 məktəbdə cari təmir və mühəndis kommunikasiya işləri görülüb. Hazırda 10 məktəbdə təmir işləri davam etməkdədir.
Paytaxtdakı 10, 20, 62, 74, 162, 201, 212, 239, 257 nömrəli tam orta məktəblərin və 268 nömrəli xüsusi təhsil müəssisəsinin təntənəli açılış mərasimləri keçirilib”.

Paytaxtda ən çox şagird sayı 149, 218 nömrəli tam orta məktəblərdə və Məktəb-Lisey kompleksindədir.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031