» » DİM: Bu il müəyyən plan yerləri boş qalacaq

DİM: Bu il müəyyən plan yerləri boş qalacaq

DİM: Bu il müəyyən plan yerləri boş qalacaq

Djb.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Ötən illə müqayisədə vakant yerlərin 2 faiz artdığını qeyd edən M.Abbaszadənin sözlərinə görə, I qrupda bu göstərici 1 faiz, II qrupda 5 faiz artıb, III qrupda, demək olar, eyni qalıb, IV qrupda 3,5 faiz azalma, V qrupda isə təxminən 8 faiz artım var.

DİM sədri xatırladıb ki, avqustun 10-da ixtisas seçimi başa çatandan sonra xüsusi proqram təminatı vasitəsilə yerləşdirilmə aparılacaq: “Toplanan bala və ixtisas seçiminə görə nəticələr elan olunacaq. Bundan sonra boş qalan yerlər elan olunacaq. Bu da avqust ayının 15-dən sonra olacaq. Bunun üçün sənəd qəbulunun avqustun 15-dən 19-na kimi olmasını nəzərdə tutmuşuq. Nəticələri elan etdikdən sonra, avqustun 20-dən 30-dək ali məktəblərə qeydiyyat aparılacaq. I mərhələnin qeydiyyatı avqustun 15-dən 25-ə qədər aparılacaq”.
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031