Главная > sosial > Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ümumtəhsil internat məktəbi üzrə meyarlar müəyyənləşib
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ümumtəhsil internat məktəbi üzrə meyarlar müəyyənləşib31-07-2020, 08:48. Разместил: djbaz |
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ümumtəhsil internat məktəbi ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməlidir. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Ümumi təhsil müəssisələrinin novləri üzrə Meyarlar"da əksini tapıb . Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ümumtəhsil internat məktəbi üzrə meyarlar aşağıdakılardır: - tədrisin dövlət standartları və proqramları əsasında təşkili; -təhsilalanların valideynlərini itirmiş və valideyn himayə- sindən məhrum olmuş uşaqları əhatə etməsi; -şagirdlərin məktəbə yaşadıqları rayonun (şəhərin) icra hakimiyyətinin qərarına əsasən qəbul olunması; -zəruri hallarda şagirdlərin müvafiq rayon (şəhər) təhsil şöbəsinin, yaxud polis idarəsinin təqdimatı əsasında qəbul olunması; -şagirdlərin tam dövlət təminatında saxlanılması; -ştat sayının “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 23 iyun tarixli 157 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi; -məktəbin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin tələblərinə uyğun təşkili. Вернуться назад |