Главная > sosial > TƏBİB pandemiya dövründə bəzi səlahiyyətlərin Səhiyyə Nazirliyinə verilməsinin səbəbini açıqlayıb

TƏBİB pandemiya dövründə bəzi səlahiyyətlərin Səhiyyə Nazirliyinə verilməsinin səbəbini açıqlayıb


25-06-2020, 18:25. Разместил: djbaz
TƏBİB pandemiya dövründə bəzi səlahiyyətlərin Səhiyyə Nazirliyinə verilməsinin səbəbini açıqlayıb

“Koronavirusla mübarizəni ölkəmizdə daha da təkmilləşdirmək üçün ambulator müalicə üzərində idarəetmə Səhiyyə Nazirliyinə həvalə olunub”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, əsas məqsəd mübarizənin gücləndirilməsi, iş yükünün bölünməsidir: “Artıq mobil xidmət də istifadəyə verilib. Evdə müalicə alan xəstələr sahə həkimlərinin nəzarətində olacaq. Bəlli saatlarda həkimlər xəstələrlə əlaqə saxlayacaq”.


Вернуться назад