Главная > sosial > Türkiyədən 178 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Türkiyədən 178 Azərbaycan vətəndaşı ölkəyə gətirilib


23-05-2020, 08:11. Разместил: djbaz

Dünən "Azərbaycan Hava Yolları" İstanbuldan Bakıya növbəti çarter reysini həyata keçirib, daha 178 Azərbaycan vətəndaşı ölkəyə çatdırılıb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq bu həftə "AZAL" aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirib.
Вернуться назад