Главная > sosial > Mirşahin "Real TV"nin bağlanması ilə bağlı yayılan xəbərə münasibət bildirdi
Mirşahin "Real TV"nin bağlanması ilə bağlı yayılan xəbərə münasibət bildirdi15-05-2020, 08:36. Разместил: djbaz |
“Real TV”nin rəhbəri Mirşahin Ağayev Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin peyk yayımı lisenziyasına xitam verilməsinə münasibət bildirib. Qərarla bağlı açıqlama yayan telekanal rəhbəri məsələyə aydınlıq gətirib: “MTRŞ-nın REAL TV ilə bağlı qərarı ilə əlaqədar çoxlu zənglər, suallar gəlir. Bəzi saytların əməkdaşları qərarı tam oxumadıqlarından və ya oxuduqlarından düzgün nəticə çıxara bilmədiklərindən bunu REAL TV-nin guya bağlandığı barədə yalan xəbərlər yayırlar. Qərarda deyilir ki, hazırda “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin ümum-ölkə televiziya yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilən 23 aprel 2019-cu il tarixli 197 qeydiyyat nömrəli lisenziyaya malik olduğunu, bu lisenziyanın da bütün yerüstü, kabel, peyk, İPTV operatorlarında yayımlanmaq hüququ verdiyini nəzərə alaraq, Şura “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə peyk yayımı üçün verdiyi 5 mart 2018-ci il tarixdə 186 qeydiyyat nömrəli lisenziyanın ləğv olunması haqqında qərar çıxarıb. Yəni, REAL TV-yə 23 aprel 2019-cu il tarixdə verilən lisenziya həm də peyk yayımı üçün icazədir. İki lisenziya peyk yayımı hissəsində bir-birini təkrarladığı üçün onlardan daha məhdud olanı ləğv edilib. Bu isə o deməkdir ki, REAL TV həm yerüstü yayımda, həm də peyk yayımında fəaliyyətini davam etdirir”. //Konkret.az Вернуться назад |