Главная > sosial > Tanınmış azərbaycanlı müğənni taksi sürücülüyünə başladı

Tanınmış azərbaycanlı müğənni taksi sürücülüyünə başladı


12-05-2020, 08:26. Разместил: djbaz

Gənc müğənni, “Abşeron” qrupunun solisti Şəhriyar Məhərrəmov taksi sürücülüyünə başlayıb.

KONKRET.az xəbər verir ki, toyların keçirilməsinin qadağan edilməsindən sonra 3 aya yaxındır işsiz qalan müğənni taksi fəaliyyəti ilə məşğul olmağa başladığını deyib.

Bu barədə sosial şəbəkə səhifəsində elan yerləşdirən sənətçi deyib: “Payıza qədər toyların olmaması, şadlıq evlərinin açılmamasını nəzərə alıb, “taksi sürücüsü” işinə başlayıram. Kimi hara lazımdırsa apara bilərəm”.
Вернуться назад